Pakistana humanitar yardım göndərilməsi üçün Hindistanda yüksək səviyyəli danışıqlar davam edir.
Bunu Hindistanın baş naziri Narendra Modi jurnalistlərə açıqlamasında deyib
O, “Pakistanda daşqınların yaratdığı dağıntıları gördüyünə görə təəssüfləndiyini” bildirib.
“Biz həlak olanların ailələrinə, yaralananlara və bu təbii fəlakətdən zərər çəkmiş bütün insanlara dərin hüznlə başsağlığı veririk və tezliklə normal vəziyyətə qayıtmağa ümid edirik”, - deyə o ifadə edib.
"Indian Express"in sitat gətirdiyi mənbələrə görə, Modi hökuməti hazırda Pakistana humanitar yardımın göndərilib-götürülməyəcəyini düşünür. Qəzet yekun qərarın verilmədiyini, “yuxarı məmurların” mümkün addımı müzakirə etdiyini bildirib.
Oxunub: 281