“Hökumət partizan kimi susur”.
Bunu “Ermənistan” fraksiyasının deputatı Artur Xaçatryan öz Facebook səhifəsində yazıb.
“Hakimiyyət susur, partizan kimi… Mən bu il avqustun 8-də hökumətə yazılı sorğu göndərərək Laçın dəhlizi ilə bağlı rəsmi məlumat və mövqe istədim.
Hökumət “Deputatlıq fəaliyyətinin təminatları haqqında” Ermənistan qanununu kobud şəkildə pozaraq, mənim yazılı müraciətimə cavab vermədi.
Ona görə də güman edirəm ki, Paşinyan noyabrda imza atdığını necə həyata keçirəcəyini anlamadan nəyəsə imza atıb.
Yaxşı, cəhənnəm olsun, deyək ki, başa düşmədi, amma ona xəbər verilməyibmi ki, Azərbaycan bir ilə yaxındır ki, yol çəkir?
Bundan sonra nə olacağını düşünmürdü? İl ərzində mövcud hakimiyyətin bu cinayət hərəkətsizliyi onu göstərir ki, Ermənistan hakimiyyəti artıq Qarabağ və Ermənistan arasında əlaqədə maraqlı deyil, Ermənistan hakimiyyəti Qarabağın təhlükəsizliyini təmin etmək öhdəliyindən imtina edib.
Qarabağ onlar üçün artıq Ermənistan deyil”, – deyə Xaçatryan bildirib.
AMİA.AZ
Oxunub: 304