dini radikalizm və ekstremizmlə mübarizə

Yüksək vəzifəyə təyin olunan sabiq DTX polkovniki kimdir? - DOSYE

Yüksək vəzifəyə təyin olunan sabiq DTX polkovniki kimdir? - DOSYE


Xəbər verdiyimiz kimi, Müdafiə sənayesi naziri, Azərbaycanın Milli Qəhrəmanı Mədət Quliyevin əmri ilə polkovnik Arif Babayev nazirin müşaviri vəzifəsinə təyin edilib.

Bu təyinatadək A.Babayev Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai Əlaqələr Mərkəzinin rəisi vəzifəsində xidmət edib.

Azərbaycan Prezidentinin ayrı-ayrı tarixli sərəncamlarına əsasən Arif Babayev "Vətən uğrunda", "Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə" medalları ilə təltif olunub.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevin əmri ilə "Dövlət Təhlükəsizliyi Xidmətinin fəxri əməkdaşı" döş nişanı və "Qüsursuz xidmətə görə" I dərəcəli medalı ilə təltif edilib.

O, 2019-cu ilin martında “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.sfera.az

Oxunub: 249
Oxşar xəbərlər
SON XƏBƏRLƏR