Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) köhnə qitənin 10 böyük klubuna qarşı sanksiyalar paketi təqdim etməyə hazırlaşır.
Sanskiyalar maliyyə feyr-pleyinin pozulmasına görə cəza kimi nəzərdə tutulub.
Daha əvvəl Fransada PSJ və “Marsel”ə qarşı bu sanksiyaların tətbiq ediləcəyi bildirilib. Hazırda klubların siyahısı genişlənir. Belə ki, İspaniyanın “Barselona”, İtaliyanın “Yuventus”, “İnter” və “Roma”, həmçinin İngiltərənin “Arsenal” klubları da sanksiyalara məruz qala bilər.
Bildirildiyinə görə, bütün sanksiyalar maliyyə xarakterli olacaq və klublarla razılaşdırılacaq. Lakin klublardan biri razı olmasa, UEFA-nın birtərəfli qaydada qərar vermək hüququ olacaq.
Daha 10 klubun maliyyə feyr-pleyinə görə cəzalandırıla biləcəyi qeyd edilir. Lakin onlar hələ müşahidə altındadır və ötən mövsüm üçün yenilənmiş maliyyə hesabatlarını təqdim etməlidirlər.
Oxunub: 315