dini radikalizm və ekstremizmlə mübarizə

Dünyanın dördüncü iqtisadiyyatı böhran keçirir - GƏLİŞMƏ



Dünyanın dördüncü iqtisadiyyatı böhran keçirir

Ukrayna müharibəsinin başlamasından 6 ay keçir. Cəbhədən gələn xəbərlərin hər nə qədər təsdiqlənməyə ehtiyacı olsa da, narahatlıq doğurur. Qan, göz yaşı, ölüm xəbərləri.

Ümid edirik ki, taxıl böhranında Prezident Tayyib Ərdoğan sayəsində əldə olunan razılaşma sülh yolunda ilk addım olacaq. Gözləyib görəcəyik. Bütün dünya bu müharibədən təsirləndi, lakin dünyanın dördüncü böyük iqtisadiyyatına sahib Almaniya daha çox təsirləndi.

Almaniyada siyasət və iqtisadiyyatı izləyən dostlar da bunu deyirlər. Çünki Rusiyadan gələn təbii qazdan çox asılıdır bu ölkə. Rusiya da təbii qaz klapanını xeyli sıxdı. Almaniya kansleri və iqtisadiyyat naziri daim axtarışdadır, bu asılılıqdan necə qurtulacağını düşünürlər. Almaniya kansleri Skandinaviya ölkələrinə getdi - ölkəsi üçün ümid axtarışındadır.

Almaniya aylardır enerji sektorunda skandinaviyalılarla daha sıx tərəfdaşlıqlar qurmağa çalışır. İyunun ortalarında Rusiya qazının tədarükü kəskin şəkildə kəsildikdən sonra Norveç Almaniyanın ən mühüm qaz təchizatçısı olub.

Almaniyadakı jurnalist dostum ötən gün telefonla “Almaniyada insanlar odun, kömür və elektrik qızdırıcıları yığırlar” dedi. Qış qorxusu artıq Almaniyanı bürüyüb. Kansler qaz qıtlığı zamanı heç kimi tək qoymayacağına söz vermişdi və insanlar hələ də öz ehtiyat tədbirlərini görməyə çalışırdılar. Odun və preslənmiş taxta yonqarları isti simit kimi satılırdı. Kiçik benzin generatorlarına və elektrik qızdırıcılarına da böyük tələbat var idi.

Almaniyadakı dostum deyir ki, “İstehlakçı Araşdırmaları Dərnəyi”nin məlumatına görə, təkcə yanvar-iyun ayları arasında 600 min ədəd elektrik qızdırıcısı satılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 150 min nəfər çoxdur.

Bu istiqamətdə keçirilən sorğunun nəticələrinə görə, əhalinin 30 faizi belə qızdırıcılardan almaq istəyirmiş. Təbii ki, elektrik enerjisi istehlakının hədsiz artması rəsmiləri də düşündürür. Almaniya faktiki olaraq Avropada elektrik enerjisinin ən baha olduğu ölkələrdən biridir. Bu amil qışın dondurucu soyuğunu unutdura bilər.

Almaniyanın Rusiya qazının asılılığından qurtula bilib-bilməyəcəyini deyə bilmərik. Oktyabr ayına qədər anbarları doldura biləcəklərmi? Bugünkü məlumatlara görə, anbarların 76 faizi doldurulub.

Bu gün elektrik enerjisi istehsalında 31,5% kömür, 22,8% günəş, 16,3% külək, 8,1% nüvə və 5% təbii qazdan istifadə olunur. Bundan əlavə, oktyabr ayından etibarən qazın hər kilovat/saatına görə ödənişin 2419 sent artırılması qərara alınıb. Bunun üstünə əlavə dəyər vergisi də əlavə olunacaq. Bildirilir ki, qənaətcil kiçik bir ailə ildə ən azı 20 min kilovat/saat elektrik enerjisi istehlak etdiyi üçün ailələr ən azı 480-500 avro daha çox qaz pulu ödəməli olacaqlar.

Müəllif: Yalçın Bayer
Mənbə: "hurriyet.com.tr"
Uyğunlaşdırma AYNA-ya məxsusdur
Müəllif: İsmayıl Məmmədli

Oxunub: 240
Oxşar xəbərlər
SON XƏBƏRLƏR