dini radikalizm və ekstremizmlə mübarizə

Rusiya quru sərhədini açdı

Rusiya quru sərhədini açdı

Rusiya bu gündən etibarən koronavirusla əlaqədar olaraq quru sərhədilə bağlı tətbiq edilən məhdudiyyətləri aradan qaldırıb.

Djb.az “TASS”a istinadən xəbər verir ki, ölkənin Baş naziri Mixail Mişustinin sözügedən məsələ ilə bağlı sərəncamı Rusiya hökumətinin rəsmi portalında dərc olunub.

Xatırladaq ki, Rusiya sərhədlə bağlı məhdudiyyətləri koronavirusun yayılması səbəbindən 2020-ci ilin mart ayından tətbiq edib. Rusiyanın bu məhdudiyyətləri ləğv etməsi barədə məlumatı isə iyulun 4-ü ölkənin koronavirusla mübarizə üzrə Operativ qərargahı yaymışdı.

Qeyd edək ki, bu gündən etibarən Rusiyaya hava yolu ilə gələn Belarus vətəndaşlarından PCR-testlər tələb olunmayacaq. Digər ölkə vətəndaşları isə neqativ PCR-test nəticəsini təqdim etməlidirlər.

Oxunub: 754
Oxşar xəbərlər
SON XƏBƏRLƏR