dini radikalizm və ekstremizmlə mübarizə

Bərdədə yaradıcı insanlarla görüş keçirilmişdir


Djb.az xəbər verir ki, Bərdə rayon Heydər Əliyev Parkında yaradıcı gənclərin yerli şairlərlə görüşü baş tutmuşdur.
Görüşdə Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova, mədəniyyət işçiləri, Gənclər və İdman İdarəsinin əməkdaşları, Gənclərin İnkişaf və Karyera Mərkəzinin, Bərdə Regional ASAN Xidmət Mərkəzinin könüllüləri, mədəniyyət müəssisələrindən olan gənclər iştirak etmişdir.
Bərdəli şairlər Nadir Qədimli, Nofəl Sadiq, Bəxtiyar Akifoğlu, Aqşin Hacızadə ilə oxucular arasında diskussiya aparılmışdır.
Tədbirdə çıxış edən regional idarənin rəisi Vəsilə Möhsümova qeyd edib ki, belə görüşlər gənclərin bədii ədəbiyyata marağının artırılmasına, şairlərlə oxucuların ünsiyyətinin daha da sıxlaşmasına xidmət edir.
Daha sonra şairlər tədbir iştirakçılarını maraqlandıran suallara cavab vermiş və onlara bədii ədəbiyyat oxumağı, çoxlu mütaliə etməyi tövsiyə etmişdir.
Tədbirdə çıxış edənlər belə tədbirlərin davamlı olmasının vacibliyini vurğulamışdır.
Tədbirdə yaradıcı gənclərin hazırladıqları əl işləri, rəsm əsərləri nümayiş olunmuş və gənc ifaçıların musiqi nömrələri dinlənilmişdir.


Esmira Hidayətova











Oxunub: 640
Oxşar xəbərlər
SON XƏBƏRLƏR