dini radikalizm və ekstremizmlə mübarizə

Qarabağ regional “VƏTƏN-N” Mühafizə Xidmət”i İdarəsi 20 ildir ki,artıq fəaliyyətdədir.


Djb.az xəbər verir ki, Qarabağ Regional “Vətən-N Mühafizə Xidməti”Baş İdarəsinin rəisi Cənab General Etibar Qasımov Mingəçevir şəhərində 17.06.2022 -ci il tarixində Regional Mühafizə İdarəsinin açılışını etdi. Etibar Qasımov kollektiv qarşısında çıxış edərək onlara uğurlar arzulayıb,hazırkı vəziyyətdə dövlətimizə dəstək olmaq və dövlət siyasətinə uyğun çalışmaq idarənin qarşısına qoyduğu ən vacib məsələlərdən biri olduğunu vurğulayıb. Qeyd olunub ki,Mingəçevir filialı Qərb bölgəsi üzrə 27 rayonu əhatə edir.
Qərb bölgəsi üzrə region rəisi cənab mayor Xaliq Qasımov açılış mərasimində çıxış edərək general Etibar Qasımova təşəkkürünü bildirib,bu idarənin xüsusilə də gənclər üçün sevindirici hal olduğunu vurğulayıb.Hal-hazırda Qarabağ Regional “Vətən-N Mühafizə Xidməti”nin Mingəçevir filialının şəxsi heyyətinin tərkib hissəsi 44 günlük Vətən müharibəsində qanları ilə tarix yazan şəhid ailələrindən ,qəhrəman qazilərimizdən ,veteranlarımızdan və Mingəçevirin əzimli gənclərindən ibarətdir.
Qeyd edək ki,Cənab prezidentimiz İlham Əliyev 2005-ci il oktyabr tarixində söylədiyi nitqində “Mühafizə”peşəsi necə özəl bir peşə olmasını bu statı ilə gözəl vurğulamışdır:”Azərbaycan tarixinin ən çətin anlarında 1994-95 –ci illərdə xüsusi Dövlət Mühafizə Xidməti ulu öndər Heydər Əliyev tərəfindən yaradıldı.Və beləliklə Azərbaycan dövlətinin müstəqilliyi qorundu”.
Tədbirdə Qarabağ Regional “Vətən-N Mühafizə Xidməti”nin Mingəçevir filialının şəxsi heyyəti himnimizi kollektiv olaraq ifa etdilər. Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.Şəhid ailələri ,Prezidentə və Yeniləşən Dövlətə Dəstək İctimai Birliyin Mingəçevir üzvüləri,Nur dəstək komandasının təsisçisi Türkan xanım da iştirak edib. Qarabağ Regional “Vətən-Nmühafizə Xidməti”nin fəaliyyəti yeni iş yerlərinin olması və peşəkar kadırların yetişməsidir.


Esmira Hidayətova,Mingəçevir








Oxunub: 727
Oxşar xəbərlər
SON XƏBƏRLƏR