dini radikalizm və ekstremizmlə mübarizə

"Dövlətdən maaş alırsınız, qazilərin problemini həll edin" - Siyavuş Novruzov

"Dövlətdən maaş alırsınız, qazilərin problemini həll edin" - Siyavuş Novruzov

“Hansı qazi deyir ki, mənim əlilliyim var, dəvət edin onları yoxlayın ictimaiyyət qarşısında deyin ki, ona pensiya düşür, ya düşmür”.

Djb.az olke.az-a istinadən xəbər verir ki, bunu deputat Siyavuş Novruzov Milli Məclisin növbədənkənar sessiyasının iclasında deyib.

“Bunun hansısa formada həlli yolu tapılmalıdır. Burada cəmi bir həftəlik iş var. Amma 6-8 aydır ki, problemlər davam edir. Qazi gəlir deyirlər ki, sənin kompüterdən məlumatın gəlməyib. Gəlməyib, gətir də. Dövlətdən maaş alıb kabinetdə oturmusunuz. Hərəsinin neçə min işçisi var, bir neçə nəfər ayırıb həll edin bu problemi”, - deyə Siyavuş Novruzov əlavə edib.

O bildirib ki, qazilər müavinətini tələb edəndə deyirlər sənədlərin düz deyil, o zaman sənədləri düz deyilsə, düzəlt.

"Oturmusunuz isti kabinetdə, dövlətdən maaş alırsınız. Bəs siz nə iş görürsünüz? Qazi psixoloji vəziyyəti, sağlamlığı ilə maraqlansın, ya sənəd arxasınca qaçsın? Hesab edirəm ki, aidiyyətı qurumlar bu istiqamətdə ciddi iş görməlidir. Çünki anti-milli şura qlobal səviyyədə gördüyümüz işlərə kölgə salmaqla məşğuldur. Onlara bilərəkdən dəstəvuz verilməməlidir", - o bildirib.

Oxunub: 324
Oxşar xəbərlər
SON XƏBƏRLƏR