dini radikalizm və ekstremizmlə mübarizə

Djb.az xəbər və informasiya portalının əməkdaşları Beynəlmiləlçi Əlil Döyüşçülər fondunun vitse prezidenti, qazi Ənvər Qarayevin qonağı olub


Vətən sənin torpağına, daşına qurban. Vətən dedikdə qürurlanıran, artıq torpaqları düşmən tapdağından azad olunmuş, müstəqil Azərbaycan respublikasının vətəndaşıyam. Bu azadlığı, qüruru bizə yaşadan Şanlı ordumuzun qəhrəman oğullarıdır. Bu o oğullarıdır ki, canlarını vətənə qurban verərək səadət şərbətin içdilər, bu o igidlələrdir ki, şəhidlərin şahidi olaraq sağlamlıqlarını itiriblər.
Bu gün oxucularıma söz açacagım qəhrəman ogullardan biri hər kəsin komutan deyərək müraciət etdiyi Ənvər Qarayevin qonağı olduq.
Şəhidlərin xatirəsini əbədiləşdirmək onların unudulmaması üçün addım atmaq özü bir əzmkarlıq və qəhrəmanlıqdir. Məncə Şəhidlərin xatirəsi, ruhu olan hər yer Cənnətdir. Bu torpaqların dəyəri ona görə yüksəkdir, bu ölkə ona görə Azərbaycandır ki, uğruna canlar sevərək fəda olub..
Qarabağ döyüşçüsü qəhrəman qazimiz Beynəlmiləlçi Əlil Döyüşçülər fondunun vitse prezidenti Ənvər Qarayevin Şəhidlərimizin xatirəsini əbədiləsdirərək saldığı bağın video süjetin sosial mediada izləmişdim, hətda paylaşımda etmisdim. O gözəlliyi görməyə çox can atirdim axır ki, o gün bu gün oldu biz Djb.az xəbər və informasiya portalının əməkdaşları Almaz İlahə Əhmədova, Məleykə Aslanzadə, Günel Dadaşova Şəhid bulağının başında qazimizin qonağı olduq. Onun haqqinda döyüş xatirələrini özündən dinləmək bizim üçün qürur verici oldu.
O, 1983 -1985 -ci illərdə həqiqi hərbi xidmətdə olur. 1990 -ci ildə könüllü olaraq tagim komandiri olaraq Zəngilan batalyonunda xidmət edir.
1993 -cu il iyul ayında agır yaralanır, baş nahiyəsindən və ayağından aldığı ciddi xəsarətlərə baxmayaraq Ənvər Qarayev bir ay sonra təkrar cəbhəyə döyüş yoldaşlarının yanin geri qayidir. O, hal hazırda ehtiyatda olan zabitdir.
Mayor Ənvər Qarayev 44 günlük Vətən Müharibəsində yenə də gənc əsgərlərin yanında oldu, xidməti ilə vətənə bağlılığını bir daha sübut elədi. Azərbaycan respublikasının prezidenti İlham Əliyevin siyasətini dəstəkləyən sədaqətli hərbiçi olmaqla yanaşı, vətənə xidmət edən XTQ zabiti, bayraq ordenilə təltif olunmuş igid, qəhrəmanın atasıdır.
Djb.az xəbər saytı olaraq dəvət üçün qazımız Ənvər bəyə və həyat yoldaşı Gülnar xanıma qonaqpərvərliyi üçün təşəkkür edirik.
Şəhidlərimizin ruhu şad olsun. Qazilərimizə Allahdan şəfa, xalqımıza həmişə bir yumruq kimi birlik olmağı diləyirik.
Allah ölkəmizi və Ordumuzu qorusun

Oxunub: 357
Oxşar xəbərlər
SON XƏBƏRLƏR