dini radikalizm və ekstremizmlə mübarizə

Bərdədə “Şuşa İli” çərçivəsində tədbir keçirilib


Bərdə rayonunun uşaq musiqi və incəsənət məktəblərində “Şuşa İli” ilə bağlı tədbirlər davam edir. Növbəti tədbir Bərdə şəhər 4 nömrəli Uşaq incəsənət məktəbində reallaşıb. “Qarabağın tacı Şuşam” adlı tədbirdə regional idarənin rəisi Vəsilə Möhsümova, mədəniyyət işçiləri, məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Djb.az xəbər verir ki, öncə tədbir iştirakçıları “Şuşa İli”nə həsr edilmiş rəsm sərgisinə baxış keçiriblər.
Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Çıxış edən regional idarənin rəisi Vəsilə Möhsümova 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıq nümunələrindən, Qarabağın baş tacı Şuşanın azad edildiyi günün Zəfər Günü kimi tariximizə qızıl hərflərlə yazılmasından, ölkəmizin mədəniyyət paytaxtı elan edilən Şuşada aparılan bərpa-quruculuq işlərindən, Şuşada keçirilən musiqi festivallarından danışıblar. 2022-ci ilin “Şuşa İli” elan olunmasının hər bir azərbaycanlıda qürur və iftixar hissi yaratdığını vurğulayıb.
Tədbirdə şagirdlərin ifasında milli musiqilərimiz, muğamlarımız səsləndirilib, ədəbi-bədii kompozisiya təqdim edilib.




Oxunub: 350
Oxşar xəbərlər
SON XƏBƏRLƏR