dini radikalizm və ekstremizmlə mübarizə

“Mingəçevir şəhərində şagird olimpiada ehtiyatlarının hazırlığı mərkəzi “ layihəsi həyata keçirilmişdir


Djb.az xəbər verir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi çərçivəsində qalib olmuş “Mingəçevir şəhərində şagird olimpiada ehtiyatlarının hazırlığı mərkəzi “ layihəsi həyata keçirilmişdir.
Layihənin rəhbəri Mingəçevir 16 saylı tam orta məktəbin direktoru Sevinc Həsənova olub. Layihə uğurla başa çatıb. Bu barədə məlumat verən layihə rəhbəri Sevinc Həsənova bildirib ki, layihə 01 oktyabr 2021 ci il-01 may 2022 ci il tarixə qədər yeddi ay müddətində davam etdirildi .”İlk başlangıcda test imtahanı ikinci mərhələdə isə müsahibə yolu ilə seçimdə uğur qazanan Mingəçevir şəhər ümümtəhsil məktəblərindən fizika, kimya, biologiya ,tarix, coğrafiya olmaqla beş fənn istiqamətində 100 şagirdin qatıldıgı böyuk bir komanda olaraq hazırlıq fəaliyətinə başladıq.Həftə ərzində onlayn dərslər iki dəfə - iki saat olmaqla, həftədə bir dəfə isə iki saat olmaqla hər həftənin şənbə günləri əyani dərslər təşkil olunmağa başladı. Əyani dərslərdə isə könüllü olaraq tədris aparan Mingəçevir şəhər 13 №li tam orta məktəbin Coğrafiya müəllimi Aygün Məlikova, Mingəçevir şəhər 17 № li tam orta məktəbin Biologiya müəllimi Günay Kərimova, Mingəçevir şəhər 1 № li tam orta məktəbin Fizika müəllimi İlahə Mahmudova, Mingəçevir şəhər 16№li tam orta məktəbin Tarix müəllimi Günel Zeynalova və kimya müəllimi Reyhanə Mustafayeva olmuşdur”.
Layihə barədə məlumat verən Sevinc xanım vurğuladı ki, məqsəd istedadlı şagirdləri üzə çıxarmaq, RFO istiqamətində istər digər beynəlxalq yarış və müsabiqələrində, istərsədə aşagı yaş qrupu ilə Fənn müsabiqələri istiqamətində hazırlıqlar təşkil etmək, Mingəçevir təhsilinə xüsusi tövfə verməkdən ibarət idi:
” İlk qazandıgımız uğur Türkiyənin İzmir şəhərində təşkil olunan BUCA İMSEEF Beynəlxalq Elm müsabiqəsində layihəmizin iki şagirdi bürünc medala layiq görülməsi oldu.
RFO –nın şəhər mərhələsindən uğur qazanan şagirdlər fənnlər üzrə fərqlənirdi. Coğrafiya fənnindən ikinci mərhələyə keçən iki şagirdin biri layihəmizin şagirdi Həsənov Arif idi.
Biologiya fənnindən ikinci mərhələyə keçən 9 şagirdin 5 nəfəri layihəmizin şagirdi idi.
Kimya fənnindən ikinci mərhələyə ugur qazanan şəhər üzrə 11 şagirdin 9 nəfəri layihəmizin şagirdləri olmuşdur. Ümumilikdə zona mərhələsində 15 nəfər şagirdimiz iştirak etmişdir.
Bundan əlavə layihəmizin məqsədi yuxarıda qeyd etdiyim kimi müxtəlif elmi musabiqələri yarışlara şagirdlərin istiqamətləndirilməsidir ki, bu məqsədlə “Sabahın alimləri “ Respublika müsabiqəsində layihəmizin iki şagirdi kimya fənnindən uğurla iştirak etdilər. Mingəçevir şəhər 16 №li tam orta məktəbin IX sinif şagirdi Musayev Taleh və Mingəçevir şəhər Təbiət Riyaziyyat Humanitar Elmlər Təmayüllu liseyin IX sinif şagirdi Həsənli Rəsul III yerə layiq görülmüşdü. Layihə AMEA –nın Aşqarlar Kimyası İnstitutunda icra edilmişdir. Layihənin şəhər üzrə elmi rəhbəri mən Sevinc Həsənova olmuşdur.
Eyni zamanda Fənn müsabiqələrinə hazırlıqla da məktəbimizin aşağı yaş qrupu şagirdləri əlavə olaraq onlayn dərslərə qoşulub bu isitqamətdə hazırlıqlar davam etdirilib ki, onun da nəticəsi olaraq məktəbimizin 5 nəfər şagirdi Fənn müsabiqəsində uğur əldə etmişlər.
RFO nın sonda finala vəsiqə qazanan 5 şagirdi Elvin Cəfərli ,Ləman Nəsibli ,Fidan Atayeva , Arif Həsənov medal uğrunda mübarizəyə qatıldılar. Bunlardan biri Fidan Atayeva şagirdimiz VIII –ci sinif şagirdi olmasına baxmayaraq layihə dərslərinə qatılaraq IX siniflərlə Biologiya fənnindən hazırlıqlar keçmiş və RFO final mərhələsində iştirak edərək gümüş medala layiq görülmüşdür. Digər şagirdimiz Arif Həsənov Coğrafiya fənnindən gümüş medala layiq görülmuşdur.
Mənə elə gəlir ki layihəmiz müddətində müəllimlərimiz və layihə rəhbəri olaraq mən üzərimizə götürdüyümüz işin öhdəsindən lazımınca gələ bildik. Layihə davam etdiyi müddətdə Beynəlxalq elm musabiqəsindən iki bürünc medal ,Sabahın alimləri Respublika Elm müsabiqəsindən III yer iki bürünc medal və RFO –dan iki gümüş medal mənə elə gəlir ki, yeddi ay müddətində qazandıgımız az da olsa uğur kimi dəyərləndirilə bilər”.


Esmira Hidayətova,Mingəçevir



Oxunub: 575
Oxşar xəbərlər
SON XƏBƏRLƏR