dini radikalizm və ekstremizmlə mübarizə

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyev Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında anıldı


Bu gün Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında tədbir keçirildi.

Xəstəxananın direkroru Əbdülqədir Sultanov əlamətdar gün münasibətilə tədbir iştirakçılarını salamladı və dünya şöhrətli siyasətçinin əziz və unudulmaz xatirəsinə dərin ehtiramla yad etdi.
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin mənalı həyatından və çoxşaxəli fəaliyyətindən ətraflı bəhs etməklə çıxış edən Mingəçevir ŞMX-nın Müalicə işləri üzrə direktor müavini, baş həkim Ülfət Qurbanov bildirdi ki, şərəfli ömür yolunu ölkəmizin tərəqqisinə və millətimizin parlaq gələcəyinə həsr edən Ümummilli Lider dövlətçiliyin ideoloji-siyasi əsaslarını yaratmaqla, xalqı əsl müstəqilliyə qovuşduraraq hafizələrdə əbədiyaşarlıq qazanıb. Böyük Şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bir sıra mühüm fərman və sərəncamların imzalanması, tibb sahəsində həyata keçirdiyi islahatlar səhiyyənin səmərəsinin intensivləşdirilməsinə baza yaratdığını xüsusilə vurğulayan Ü.Qurbanov Ulu Öndərin səhiyyəni cəmiyyət və dövlət həyatında ən mühüm sahə kimi qiymətləndirdiyini qeyd etdi.
Görüşdə çıxış edən Mingəçevir ŞMX-nın İnzibati işlər üzrə direktor müavini - Fuad Məmmədov qəlbi daim vətən eşqi ilə döyünən, bütün varlığı ilə xalqına bağlı olan, istiqlal yolumuzu və istiqbalımızı nurlandıran, millətini zamanın sərt sınaqlarından yüksək məharətlə çıxararaq, hər bir çətin vəziyyətdən ən düzgün çıxış yolu tapan müdrik lider Heydər Əliyevin Azərbaycan tarixindəki və beynəlxalq arenadakı rolundan, o cümlədən demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində misilsiz xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən danışdı: “Heydər Əliyev o qədər dahi şəxsiyyət idi ki, onun güclü, möhkəm iradəsi naminə, dərin siyasi bilikləri naminə bu günkü çiçəklənən, günü-gündən inkişaf edən Azərbaycanda yaşayırıq. Mən fəxr edirəm ki, xalqımızın belə bir əvəzedilməz lideri olub. Həm də özümü şanslı sayıram ki, Heydər Əliyev dövründə yaşamışam, onun siyasətinin bəhrəsinin canlı şahidi olmuşam.”
Yeni Azərbaycan Partiyasının fəal üzvü, Mingəçevir ŞMX-nin Maliyyə şöbəsinin rəhbəri Vüsal Alşanov Ümummilli Lider Heydər Əliyevin öz xalqına, vətəninə sonsuz sədaqəti, məhəbbəti, uzaqgörənliyi, xeyirxahlığı, düşünülmüş və gərgin fəaliyyəti ilə Azərbaycanın iyirminci əsr ictimai, siyasi, mədəni həyatında yeni bir tarix yaratdığı haqqında maraqlı çıxış edərək, “Dünyada tarix haqqında yazanlar çox olsa da, tarix yaradanların sayı azdır. Çünki tarix yaratmaq tarix yazmaqdan qat-qat çətin və məsuliyyətlidir. Məhz Ulu Öndər Heydər Əliyev də tarix yaradan dahi şəxsiyyərdir.”
Mingəçevir şəhərinin fəal qadınlarından olan, həkim Nurcamal Məmmədova dahi şəxsiyyətin keçdiyi həyat yoluna nəzər salaraq dedi: “Ulu öndər Heydər Əliyev dahidir. Azərbaycanın siyasət arenasında, siyasi tarixində, siyasət müstəvisində “dahi” sözünü yalnız ulu öndər Heydər Əliyevin adı və soyadı qarşısında işlətmək olar. “Heydər Əliyevin irsi bizim milli sərvətimizdir. Onu öyrənmək, ərz etmək, gələcək nəsillərə çatdırmaq hər şeydən əvvəl bizim vətəndaşlıq borcumuzdur. Dəyərli və mənalı ömrünü Vətəninə həsr edərək, milləti qarşısında misilsiz xidmətlər göstərməklə Azərbaycan xalqının Ümummilli Lideri adını qazanmış dünya siyasətinin parlaq siması ulu öndər Heydər Əliyev tarixdə və azərbaycanlıların qəlbində əbədi olaraq qalacaq, bu nəhəng tarixi şəxsiyyətin əziz və unudulmaz xatirəsi hər zaman böyük ehtiramla yad ediləcək.”
Ulu öndər Heydər Əliyevin Azərbaycanın işıqlı gələcəyinə hesablanmış mükəmməl siyasətini yeni müstəvidə dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirən dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə son 19 ildə ölkəmizdə görülmüş müstəsna əhəmiyyətli işlərdən, həyata keçirilmiş hərtərəfli köklü islahatlardan, bütün sahələrdə əldə olunmuş misli görünməmiş uğurlardan söz açan Mingəçevir SİHİ şurasının sədri Allahverdi Alıyev bildirdi ki, Prezidentin dərin zəkası, zəngin biliyi, mükəmməl rəhbərliyi, qətiyyəti və yorulmaz fəaliyyəti sayəsində, eləcə də hakimiyyətlə xalq arasında olan sıx bağlılığın nəticəsində iqtisadiyyatımız daha da güclənib, ölkəmiz hərtərəfli inkişaf edib, qüdrətli Silahlı Qüvvələrimiz formalaşdırılıb. Eyni zamanda, dövlətimizin beynəlxalq nüfuzu daha da artmaqla, dünya ölkələri sırasında mövqeyi hərtərəfli möhkəmlənib. Bütün bunlar isə Vətən müharibəsindəki möhtəşəm qələbəmizi şərtləndirib, nəticədə hərbi və siyasi-diplomatik yolla 30 ilə yaxın müddətdə düşmən tapdağında olan dədə-baba torpaqlarımız işğaldan azad edilib. Millətinə xidməti həyat amalına çevirmiş Prezident İlham Əliyevin verdiyi bütün vədləri əməlləri ilə doğruldaraq, hər bir azərbaycanlının Prezidenti olduğunu sübuta yetirməklə xalqın sonsuz məhəbbətini qazandığını vurğulayan sədr dövlətimizin başçısının növbəti dəfə də vədinə əməl etməsindən, işğal altında olan tarixi ərazilərimizin azad olunmasından, bu şərəfli missiyanın həyata keçirilməsi zamanı müşahidə olunan bənzərsiz lider-xalq-ordu vəhdətindən, Ali Baş Komandanın rəhbərliyi ilə hərbçilərimizin şanlı tarix yazdıqlarından ətraflı danışdı.
Tədbir əbədiyaşar Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən filmin nümayişi ilə başa çatdı. Tədbirdən sonra kollektiv xəstəxana ərazisində ulu öndərin əziz xatirəsinə ehtiram əlaməti olaraq ağacəkmə aksiyasına qatıldılar.

Esmira Hidayətova,Mingəçevir





Oxunub: 540
Oxşar xəbərlər
SON XƏBƏRLƏR