dini radikalizm və ekstremizmlə mübarizə

“Sərhəd mühafizə orqanları haqqında” qanuna dəyişiklik edildi

“Sərhəd mühafizə orqanları haqqında” qanuna dəyişiklik edildi

“Sərhəd mühafizə orqanları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib.

Djb.az konkret.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.

Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsini və toxunulmazlığını təmin edən sərhəd mühafizə orqanları sırasına xüsusi hava əməliyyatları qüvvələri də əlavə edilib.

Qeyd edək ki, bu dəyişikliyə qədər Azərbaycan Respublikasının sərhəd mühafizə orqanları sərhəd qoşunlarından, çevik hərəkət qüvvələrindən, sahil mühafizəsindən, sərhəd nəzarətindən və digər qurumlardan ibarət olmaqla, Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsini və toxunulmazlığını təmin edirdi.

Oxunub: 324
Oxşar xəbərlər
SON XƏBƏRLƏR