dini radikalizm və ekstremizmlə mübarizə

DEFEKTOLOJİ-PSİXOLOJİ PEŞƏNİN ƏSİL MÜTƏXƏSSİSİ: YEGANƏ ORUC QIZI SƏDRƏDDİNOVA


Yeganə xanım Oruc qızı Sədrəddinova öz peşəsini dərin bir məhəbbət ilə sevən, bir sözlə, mənsubu olduğu peşənin iliyinə qədər gedib onu tamam-kamal mənimsəyən bir insandır.

Yeganə xanım haqqında saatlarla, günlərlə danışsaq, ədalət ilə desəm, bəlkə də haqqını verə bilmərəm. Çünki, onun yetərincə elə bir ali tibbi savadı, biliyi, metodu vardır ki, bunu görmək və yaxud da ki, görüb də dərk etmək üçün, gərək, onun yanında olub faydalanasan.

Gülər üzü, mehriban xasiyyəti, qayğıkeşliyi pasiyentlərinə bir ruh yüksəkliyi vermək ilə yanaşı, həm də ki, onlara sağalacaqlarına, gələcəyə olan ümidlərinin artmasına səbəb olur.

Hətta günümüzdəki bir çox psixoloqların, loqopedlərin, defektoloqların belə, bu tibbi elmin özəlliklərini Yeganə xanımdan öyrəndiklərini, ondan faydalanaraq əxz etdiklərini desəm, yanılmış olmaram. Yeganə xanım işıqlı bir çıraqdır ki, o çırağın alovundan nə qədər məşəllər yandırılsa da, yenə də o çırağın odu azalmaz.

Dəyərli psixoloqumuz Yeganə xanımın tərcümeyi-halına qısaca nəzər salmaq lap yerinə düşərdi.

Yeganə Sədrəddinova 1984-cü ilin 19 sentyabr tarixində Bakı şəhərində anadan olmuşdur. O, 1990-2000-ci illər aralığında 132 nömrəli Orta Məktəbdə, 2000-2004-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Pedaqogika və Psixologiya fakültəsinin Defektologiya ixtisasını bitirmişdir. Öyrənmək istədiyi peşəni daha da təkmilləşdirmək üçün Azərbaycan ilə kifayətlənməyərək 2010-2012-ci illərdə Türkiyənin İstanbul şəhərində yerləşən Psixoloji Ailə Məsləhəti və Təlim Mərkəzi - İstanbul şöbəsində təlim almışdır. Həmin illərdə Türkiyənin Boğaziçi Universitetində Uşaq Mərkəzli Oyun Terapiyası Bacarıqları və Təcrübələri və Təbriz şəhərindəki Təbriz Reabilitasiya Mərkəzində Nitq üçün Dil Patoloji kurslarında fəal iştirak etmişdir.

Bundan əlavə, 2012-ci ildə Ailə psixoloqu, Psixoanaliz kimi fəaliyyət göstərmiş, 2013-cü ildə Dünya Konfransında Azərbaycanı təmsil etmişdir. 2010-cu ildən etibarən Səhiyyə Nazirliyinin "Qlobal fond" layihəsi üzrə psixoloq işləmişdir. Özəl mərkəzlərdə defektoloq-loqoped və psixoloq kimi fəaliyyət göstərib.

"Qayğı - Sağlam Nəsil Naminə" ictimai birliyin Serebral İflic uşaqların bağçasında, Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində və "Dəniz" uşaq bağçasında psixoloq və loqoped kimi fəaliyyət göstərmişdir. Öz şəxsi tibbi mərkəzinin direktoru və savadlı mütəxəssisi kimi tanınır. Hal-hazırda, "Banu" Psixoloji və Defektoloji Mərkəzinin rəhbəridir.

Allah heç kimə xəstəlik qismət etməsin! Amma, buna rəğmən, yaşından və kimliyindən asılı olmayaraq, psixoloji və ya defektoloji problemləri olan vətəndaşlarımıza sırf Yeganə xanım kimi bir peşəkar psixoloqun yanına getməsini və onun tibbi göstərişlərinə ciddi riayət etmələrini məsləhət görürəm. Çünki, o, əsil mütəxəssis kimi hər bir pasiyenti öz tibbi mərkəzindən razı yola salmağı bacarır.

Uca və əzəmətli Allahdan hörmətlimiz və dəyərlimiz Yeganə xanıma uzun ömür, möhkəm can sağlığı, həyatında və tibbi xidmətlərində bol-bol uğurlar, yüksək nailiyyətlər və tükənməz müvəffəqiyyətlər arzulayıram!

Hörmətlə

Ərtoğrul Mehdizadə

Oxunub: 408
Oxşar xəbərlər
SON XƏBƏRLƏR