dini radikalizm və ekstremizmlə mübarizə

İntihar edən qızı tutmağa çalışan şəxs məmur imiş

İntihar edən qızı tutmağa çalışan şəxs məmur imiş

Dünən Bakıda özünü binadan ataraq intihar edən məktəbli qızı xilas etməyə çalışan şəxsin məmur olması üzə çıxıb.

Djb.az avtosfer.az-a istinadən xəbər verir ki, sol qolunun mil sümüyünün yerdəyişən sınığı, sol bazu oynağının çıxığı, döş qəfəsinin küt travması və burun qanaxması diaqnozu ilə xəstəxanaya yerləşdirilən 1984-cü il təvəllüdlü Zahid Niyazov Dövlət Gömrük Komitəsinin əməkdaşıdır. O, Baş Gömrük Mühafizə Xidməti Əməliyyat şöbəsində işləyir.

Ona ilkin tibbi yardım göstərildikdən sonra ailəsinin təkidi ilə Zahid Niyazov özəl klinikalardan birinin reanimasiya şöbəsinə yerləşdirilib.

Hazırda xəstənin vəziyyəti sabit-ağır qiymətləndirilir.

Oxunub: 363
Oxşar xəbərlər
SON XƏBƏRLƏR