dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycan quru sərhədlərini açacaq - İyunun 22-si...


"İstər pandemiyanın davam etdiyi dövrdə, istərsə də indi, qəbul olunan hər bir qərarın fəsadsız olması, onun nə dərəcədə elmi məntiqə istinad etməsindən asılıdır”.

Djb.az sfera.az-a istinadən bildirir ki, bunu tibb elmləri doktoru Musa Qəniyev quru sərhədlərin açılmaması ilə bağlı danışarkən deyib. O, bu istiqamətdə konkret tarix də qeyd edib.

"Uzun zaman fasiləsindən sonra yüksək kontaquozluğun, RNT əsaslı viral infeksiya törədicilərinin genom strukturunda törətdiyi, induktiv xarakterli aqressiv mutatik substruktur dəyişikliyin, günəşin yay ekliptik vəziyyətindən mütləq fəsli aslılığını nəzərə alaraq, quru sərhədlər, may ayının 31-dən tez olmamaqla, iyun ayının birindən 22-si müddətinə qədər, qeyri-şərtsiz olaraq açıla bilər və açılmalıdır”, - deyə professor əlavə edib.

Qeyd edək ki, bundan əvvəl yerli media mayın 1-dən etibarən Azərbaycanın digər ölkələrlə quru sərhədlərini açacağını yazmışdı. Bildirilmişdi ki, sözügedən məsələ ilə bağlı hökumət səviyyəsində müzakirələr bitib və yaxın günlərdə aidiyyəti qurumun rəsmi açıqlaması olacaq.

Oxunub: 238
Oxşar xəbərlər
SON XƏBƏRLƏR