dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə tədbir keçirildi


Djb.az xəbər verir ki, Azərbaycan Respublikası QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "Müharibədən əziyyət çəkən qadınlara sosial -psixoloji dəstəyin göstərilməsi "layihəsinin yekun tədbiri 27.04.2022 ci il tarixində keçirildi. "Azərbaycan Qadınları Respublika Cəmiyyəti "İ.B. -nin layihə icraçıları keçirilən dörd tədbir haqqında ,layihənin məqsəd və vəzifələri, nəticələri ilə bağlı məlumat verdilər. 120 dən artıq şəhid və qazi ailərinə,30 dan artıq aztəminatlı ailələrə sosial,psixoloji,hüquqi və tibbi dəstəyin göstərilməsi ilə yanaşı,təşkilatın xanımları şəxsi vəsaitləri hesabına Ramazan sovqatlarını onlara hədiyyə etdilər(2 500 man.).Məlumat verildi ki,tədbirlərdə yerli icra orqanlarının nümayəndələri ,KİV ,təhsil işçiləri,müəllim ,şağird və valideynlər ,digər nümayəndələr iştirak etmişlər.Yekun tədbirdə Təşkilatın İdarə Heyəti,Rayon rəhbərləri ilə bərabər QHT rəhbərləri,jurnalistlər,həkimlər,müəllimlər,sahibkar xanımlar,gənc psixoloqlar,Hacı xanımlar və digərləri iştirak etdilər (70 nəfər ).Çıxışlardan sonra aidiyyatı ilə şerlər söylənildi. Mehriban Paşayevaya ,Fəridə Hicran xanıma,Xatirə Fərəc xanıma təşəkkür edirik. Sonda Təşkilatın xanımları "Azərbaycan" və "Qarabağ"haqqında mahnılarını "akapella " ifa etdilər. Tədbirin keçirilməsində fəal iştirak edən Təşkilatın Nərimanov Rayon sədri" Nərgiz "Klinikasının rəhbəri professor Məlahət Qəhrəmanovaya,Binəqədi Rayon sədri,"Vertebra" Onurga Mərkəzinin baş həkimi professor İradə Hacıyevaya,sədr müavini Psixoloq Vəfa Abbasovaya,Hüquqşünas Ağamirzə Bağırova,Xəzər Rayon sədri həkim Günay Məmmədbəyliyə,hacı Taliyyə xanım Qarayevaya,dəvətimizi qəbul edib,gələn bütün insanlara təşəkkürlərimizi bildiririk. AR QHT -lərə Dövlət Dəstəyi Ağentliyinin rəhbərliyinə və bütün kollektivinə minnətdarlığımızı bildiririk.

"AQRC" İ.B.sədri Bahar Qasımova



Oxunub: 366
Oxşar xəbərlər
SON XƏBƏRLƏR