dini radikalizm və ekstremizmlə mübarizə

Suraxanıda maarifləndirici tədbir keçirilib

Suraxanıda maarifləndirici tədbir keçirilib

Azərbaycan İlahiyyat İnstitutunun təşəbbüsü və Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə İlahiyyat İnstitutuna yüksək intellektli və savadlı gənclərin cəlb olunması məqsədilə Suraxanı RİH-nin akt zalında maarifləndirici xarakterli tədbir keçirilib.

Djb.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Azərbaycan İlahiyyat İnstitutunun rektoru, Suraxanı rayonundan Milli Məclisə seçilmiş deputatlar, hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyətinin başçısı yanında Şuranın üzvləri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan İlahiyyat İnstitutunun nümayəndələri, rayonun din xadimləri, təhsil müəsissələrinin rəhbərləri və abituriyentlər iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov ölkəmizdə din sahəsinə, milli-mənəvi dəyərlərin qorunmasına böyük önəm verildiyini diqqətə çatdırıb.

Tədbirin sonunda Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi altında dövlətimiz tərəfindən Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılması, inkişafı və dini fəaliyyətin təşkili sahəsində həyata keçirilən işlərdən danışıb. O, çıxışında din sahəsinə maraq göstərən Suraxanı rayon şagirdlərinin savadlı mütəxəssis kimi yetişdirilməsi üçün İlahiyyat İnstitutunda təhsilə cəlb olunması məqsədilə bir qrup abituriyentin iştirakı ilə institutda ekskursiyanın təşkil olunması ilə bağlı təklif də irəli sürüb.





Oxunub: 277
Oxşar xəbərlər
SON XƏBƏRLƏR