dini radikalizm və ekstremizmlə mübarizə

Ukranyaya könüllü yola düşən Həsən Anar oğlu Məmmədovu siz də tanıyın

Ukranyaya könüllü  yola düşən Həsən Anar oğlu Məmmədovu siz də tanıyın

44 günlük Vətən müharibəsində könüllü müraciət edərək torpaqlarımızı qorumaq üçün cəbhəyə üz tutan minlərlə igid oğullar oldu. Hərbi komisarlığın qarşısında saysız-hesabsız vətəni qorumaq üçün müraciət edən minlərlə gənclərin arasında o da var idi. Həsən Anar oğlu Məmmədov .
Hər gün hərbi komisarlığa gəlir hələki onlara ehtiyac olmadığını eşidib evə getmək istəməyən Həsən cəbhəyə könüllü yardımlar göndərir.
Atalarının gül balaları gizlənərkən Həsən atasından onu cəbhəyə yola salması üçün xahiş edir. Şəxsi əlaqələrilə müxtəlif insanlara ağız açmasını istəsədə mümkün olmur. Yaxınları deyir ki, Həsən 44 gün ərzində elə gün olmadı ki, cəbhəyə yardım göndərmək üçün səfərbər olmasın.
Qələbədən sonra xaricdə təhsilinə davam etməyə başladı.Ukranya müharibəsini eşidən kimi yenə səfərbər olaraq yardıma koşdu.
O, vətənin qoruyan Ukranya xalqını, orda yaşayan soydaşlarını darda qoymamaq üçün günlərlə sərhəddə azuqə və geyimlə yardım etdi. Bir gün atasına artıq Ukranyanı könüllü qoruduğunu bildirdi.
Hal - hazırda o torpağını, vətənini, övladını, qadınını, namusunu qoruyan haqq döyüşçülərinin yanındadır. Belə bir oğul qəhrəman deyilmi? Mən Həsənlə fəxr edirəm.
Məncə Azərbaycan xalqıda Həsən kimi bir oğul ilə qürur duyur. Onuda qeyd edim ki, Həsən evin yeganə oğludur. Baxın bizim Həsənlər əsirlərlə haqqın tərəfdarı olmadımı? Həsən adına, atasına, nəslinə layiq övlad olaraq məzlumların harayına, ədalətsizliyə uğrayan bir xalqa yardıma yollandı. Həsən bizim irsimizdən, kökümüzdən gələn mərdlik nümünəsidir.
Bu gün Həsənin ad günüdür.
Ona ən önəmli olan can sağlığı, həyatında hər bir arzusuna çatmasını, tezliklə sağ- salamat qələbə sevinci ilə sevdiklərinin yanına geri dönməsini arzulayıram.
Mən inanıram ki, Həsən həm Ukranyanın həm də Azərbaycanın fəxri gənci olaraq hər birimizi qürurlandıracaq.


Həsən Azərbaycan xalqı səninlə fəxr edir!

Oxunub: 461
Oxşar xəbərlər
SON XƏBƏRLƏR