dini radikalizm və ekstremizmlə mübarizə

YAP Suraxanı rayon təşkilatında ƏPT- nin sədrləri ilə görüş keçirilmişdir

YAP Suraxanı rayon təşkilatında ƏPT- nin sədrləri ilə görüş keçirilmişdir

30.03.2022 - ci il tarixdə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının inzibati binasında Ərazi Partiya Təşkilatlarının sədrləri ilə görüş keçirilmişdir. YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidovun rəhbərliyi ilə həyata keçirilmiş görüşdə YAP Mərkəzi Aparatın təlimatları, yeni üzvlərin qəbulu, üzvlük haqlarının vaxtında ödənilməsinin təmin edilməsi, qeydiyyat, uçotun səmərəli aparılması və ideoloji işin məqsədyönlü qurulması ilə bağlı partiya tapşırıqları ƏPT - nin sədrlərinin diqqətinə çatdırılmışdır.

Görüşdə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov ƏPT-lərdə ideoloji işin gücləndirilməsi, səmərəliliyinin artırılması ilə əlaqədar təsdiq olunmuş tədbirlər planının icrasının təmin olunması, Ulu Öndər Heydər Əliyev siyasi irsinin öyrənilməsi, onun dövlətçilik ənənələrinin təbliği, Azərbaycan Respublikasının Prezidenti, YAP-ın sədri cənab İlham Əliyevin fəaliyyətinin əhaliyə operativ, düzgün və əhatəli formada çatdırılmasının təşkili, YAP Suraxanı rayon təşkilatının maliyyə - uçot işinin təkmilləşdirilməsi, YAP Suraxanı rayon təşkilatının fəallarının dövrü mətbuatda və sosial şəbəkələrdə aktivliklərinin artırılması, təbliğat işinin gücləndirilməsi, ƏPT-larında üzvlərin, xüsusilə gənclərin fəallıqlarının artırılması, onların keçirilən tədbirlərdə iştiraklarının təmin olunması barədə geniş proqram xarakterli nitqlə çıxış edərək öz tapşırıq və tövsiyyələrini görüş iştirakçılarının diqqətinə çatdırdı.

Daha sonra YAP Suraxanı rayon təşkilatının sədri Vuqar Seyidov Suraxanı rayonu 290 №-li tam orta məktəbin direktoru, ƏPT-nin sədri Rahidə İsmixanovanı 65 illik yubileyi münasibəti ilə çoxminli partiya üzvləri adından təbrik etmişdir. Sonda bir qrup yeni üzvə YAP - ın partiya vəsiqəsi təqdim olunmuşdur.


Oxunub: 434
Oxşar xəbərlər
SON XƏBƏRLƏR