dini radikalizm və ekstremizmlə mübarizə

Ukrayna MN Rusiyanın son sutkadakı hərbi itkilərini AÇIQLADI

Ukrayna MN Rusiyanın son sutkadakı hərbi itkilərini AÇIQLADI

Ukrayna Müdafiə Nazirliyi Rusiya-Ukrayna müharibəsinin 34-cü günü ilə bağlı cəbhədən məlumat yayıb.

Djb.az konkret.az-a istinadən xəbər verir ki, məlumatda Rusiya qoşunlarının hücumlarının hər istiqamətdə dəf edildiyi və Ukrayna müdafiə qüvvələrinin şərq, cənub-şərq və şimal-şərq istiqamətlərində əməliyyatları davam etdirdiyi bildirilir.

Rusiya Ukrayna şəhərlərini raket və bombalarla hədəf almağa davam edir:

“Bəzi ərazilərdə qoşunlarımız uğurlu əks-hücum əməliyyatları keçirir. Qarşı tərəf məkrli şəkildə raket və bombalardan istifadə edir. Ötən gün ərzində “12 tank, 10 piyadaların döyüş maşını, 3 motorlu texnika məhv edilib. Həmçinin 8 təyyarə, 3 helikopter, 4 PUA, 2 qanadlı raket vurulub”.

Xatırladaq ki, Rusiya fevralın 24-də Ukraynaya müharibə elan edib. Həmin gündən Ukraynanın böyük şəhərləri mühasirədədir. Lakin buna baxmayaraq, Rusiya tərəfi ciddi uğurlar əldə edə bilməyib.

Oxunub: 292
Oxşar xəbərlər
SON XƏBƏRLƏR