dini radikalizm və ekstremizmlə mübarizə

MDU-da əsl bayram əhval-ruhiyyəsi hökm sürürdü.


Ölkəmizin hər yerində olduğu kimi, Mingəçevir şəhərində də də Novruz şənlikləri yüksək təmtəraqla, coşğu ilə keçir. Baharın gəlişinə sevinən adamlar el şənliklərində böyük həvəslə iştirak edir. Şəhərin yeganə universiteti olan MDU-da böyük təmtəraqla Novruzun gəlişini qeyd ediblər.
Bu gün universitetdə əsl bayram əhval-ruhiyyəsi hökm sürürdü. Tələbə,müəllim professor heyətinin çöhrələri günəş nuruna qərq olmuşdu. Universitetin həyəti Novruz rəmzləri ilə bəzədilmiş, meydanın mərkəzində səmənilər qoyulmuş,şirniyyat süfrələri və samovar çayıını ətri hər tərəfə yayılmışdı.Novruz tonqalı qalanmışdı.
Bayram şənliyini universitetin rektoru Şahin Bayramovun xeyir-duası, təbrikləri ilə başlandı. Rektor müqəddəs Novruz bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edərək, hər birinə sonsuz sevinc, bol ruzi, firavanlıq arzuladı. Xalqımızın Novruz adətlərindən danışan rektor, hamıya bahar çiçəkləri kimi təravətli xoş günlər arzuladı.

Tələbələrin hazırladıqları bayram tədbirinin tonqalını rektor Şahin Bayramov alovlandırdı. Milli geyimli qız və oğlanlar, nağıl personajları Kosa və Keçəl şənliyi yetərincə rövnəqləndirdilər.
Kosa, Keçəl tonqal ətrafında dövrə vurub məzəli söhbətlər edir, səhnəciklər göstərirdilər. Bu vaxt səhnəyə öz duzlu,məzəli zarafatları ilə Sirtuş Çölçəmənli də gəldi.Hamının bayramını təbrik etdikdən sora rektora öz iradını da bildirdi ki,bəs sizin fotoqraflar mənim şəkilimi çəkmir.Onun bu zarafatları şənliyi daha da şənləndirdi. Yallı gedən tələbə qızlar,oğlanlar bayram tədbirinin gözəlliklərini sanki birə-beş qat artırmışdı . Kosa,keçəl müəllimləri ilə,rektor Şahin Bayramovla yumurta döyüşündə qalib oldular.
Rəngarəng, maraqlı konsert proqramı isə hamının ürəyindən oldu.
Tədbirə qatılan və çıxış edən MDU-nun İctimai Nəzarət Şurasının üzvüləri ərsəyə gələn gözəl tədbir üçün minnətdarlıq duyğularını ifadə elədilər.
Rəngarəng, maraqlı konsert proqramı isə hamının ürəyindən oldu.

Tələbələrin sevinc dolu anlar yaşatdığı Novruz şənliyi hamıya xoş ovqat bəxş elədi, unudulmaz təsir bağışladı. Qədəmləri uğurlu olsun baharın!


Esmira Hidayətova,Mingəçevir







Oxunub: 430
Oxşar xəbərlər
SON XƏBƏRLƏR