dini radikalizm və ekstremizmlə mübarizə

Şəhid Vüsal Babayevin qızı Selcanın ad günü qeyd olundu


Djb.az xəbər verir.
44 günlük vətən müharibəsi Şəhidi Baş Leytenant Babayev Vüsal Sübbuh oğlunun iki qız övladı bizlərə əmanətdir.
12.03.2022- ci il tarixində
Şəhidimizin ilk nübarı olan Selcanın 5 yaşı tamam oldu .
Şəhidin övladı Selcanın xatirəsində gözəl bir günü əbədiləşdirmək məqsədi ilə 14.03.2022- ci il tarixində şəhid "Şaban Cəfərov" adına fondun rəhbəri şəhid qızı Nərminə Şabanqızı və "Xəyal xeyriyyə cəmiyyəti"nin rəhbəri Xəyal Musayevin təşkilatçılığı ilə AFFF parkda yerləşən Şəms restoranında şəhid övladının doğum günü qeyd olundu.
Tədbirdə Millət vəkili Aydın Hüseynov, Djb.az xəbərlər və informasiya saytının təsisçisi Almaz İlahə Əhmədova, "Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi" İctimai Birliyinin sədr müavini Günay Məmmədova, Selcan sevərlər, şəhid ailələri, qazilər, tanınmış müğənnilərdən, bəstəkar Ruslan Səfəroğlu, gənc müğənni Murad Laçın, Əməkdar artist Səlim Abbasovun iştirakı və rəngarəng çıxışlarılə unudulmaz bir gün keçirildi.
P.S. Hər zaman şəhid ailələrinin yanında olan, diqqət və qayğısını onlardan əsirgəməyən millət vəkili Jalə Əhmədova səhhətində yaranan problemlə bağlı Selcan üçün əlamətdar bir gündə yanında ola bilmədiyi üçün çox təssüf hisdi keçirdiyini telefon bağlantısı ilə bizə bildirdi. Tədbirin yüksək səviyyədə keçiriliməsi üçün həm maddi, həm mənəvi öz dəstəyini göstərən Jalə Əhmədova və Aydın Hüseynova təşəkkürümüzü bildiririk.
Hər bir millət vəkilini şəhid ailələrinin və qazilərin yanında görmək istəyirik.














Oxunub: 617
Oxşar xəbərlər
SON XƏBƏRLƏR