dini radikalizm və ekstremizmlə mübarizə

“HÖKUMƏT VƏ XALQ ÖZ MÜDAFİƏÇİLƏRİNİN XİDMƏTLƏRİNİ HEÇ VAXT UNUTMAMALIDIR!”



“Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda şəhid olmuşların, hərbi əməliyyatlarda itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailələrinə, müharibə əlillərinə və veteranlara qayğı göstərmək həm dövlətin, həm də cəmiyyətin başlıca vəzifələrindən biridir!”
Dövlət, hökumət orqanlarının, idarələrinin, təşkilatların rəhbərləri və digər vəzifəli şəxslər Azərbaycanın ərazi bütövlüyünün müdafiəsində şəhid olmuş şəhid ailələlərinə, müharibə əlillərinə və veteranlarına layiqincə xidmət göstərərək onları xoşagəlməz rəftarları ilə dövlətdən incik salıb, vətənpvərlik hisslərini sarsıtmamalıdırlar!
Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda Vətən müharibəsində döyüşərək səhid olmuşların ailələrinin, müharibə əlillərinin tibbi reabilitasiyası və sosial müdafiəsi “Şəhid ailələrinin və müharibə əlillərinin tibbi reabiltiasiyası və sosial müdafiəsi” haqqında Azərbaycan Respublikasının qanununa əsasən aidiyyatı dövlət idarələri tərəfindən təmin olunmalı və onların hər birinin sosial təminatını günü-gündən yaxşılaşdırılmalıdır.
Şəhid ailələrinin, müharibə əlillərinin tibbi tibbi-sosial problemlərinin həlli istiqamətində dövlətin diqqət və qayğısını artırmaq məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvələrinin Ali Baş Komandanı İlham Əliyev cənabları tərəfindən müxtəlif Fərman və Sərəncamlar imzalanmışdır.
Çox təəssüflər olsun ki, şəhid ailələri və müharibə əlillərinin əksəriyyəti son illər Azərbaycan Respublikası Prezidenti tərəfindən imzalanmış Fərman və Sərəncam haqqında qanunları, onlara şamil edilmiş imtiyazları bilmədikləri üçün, çox vaxt tibbi-sosial problemlərlə üzləşirlər. Buna görə də, aidiyyatı icra orqanlarında, tibb müəssələrində şəhid ailələri və müharibə əlillərinə olan biganəlik və laqeyd münasibət onları mənən sarsıdır.
Tibbi müalicəyə ehtiyacı olan müharibə əlilləri onlara dövlət tərəfindən verilmiş səhiyyə imtiyazları haqqında qanunları bilmədikləri üçün vaxtı-vaxtında müalicə almırlar. Bu səbəbdən də onlarda xoşagəlməz xəstəliklər yaranaraq vaxtsız dünyalarını dəyişirlər.
Vətən mühribəsində döyüşərək sağlamlığlarını itirmiş müharibə əlillərinin Səhiyyə Nazirliyinin Vətəndaşların Respublikadan Kənar Müalicəyə Göndərilməsi Məsələləri üzrə Komissiyasından keçərək ölkə xaricində müalicə üçün rəy almalarına baxmayaraq, bu məsələlərin həlli problemə çevrilmişdir.
Vətən mühribəsində sağlamlıqlarını itirmiş müharibə əlillərinin çoxu müalicə olunmaları üçün hara və necə müraciyət etmələrini bilmirlər.
Müharibə şəraitində olan ölkəmizdə bəzi dövlət qurumlarında məmurların şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına qarşı göstərdikləri sayğısızlıq və biganəlik böyüməkdə olan yeniyetmə və gənclərimizin hərbi vətənpərvərlik ruhunda tərbiyyə olunmalarına mənfi təsir edir.
Vətəndaşlarımız dərk etməlidirlər ki, bu gün daha çox şəhid ailələrinin, müharibə əlillərinin xalqın mənəvi dəstəyinə və sayğısına ehtiyacları vardır. Onlar həm dövlətin, həm də cəmiyyətin daim diqqət mərkəzində olmalıdırlar. Şəhid ailələrinin və müharibə əlillərinin problemləri yalnız onların problemləri deyil, bütün cəmiyyətin problemi sayılmalıdır.
Bu məqsədlə Azərbaycan Respublikasının QeyriHökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə, Azərbaycan Respublikasının Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu 01.02.2022–01.06.2022-ci il tarixlərini əhatə edən “Hökumət və xalq öz müdafiəçilərinin xidmətlərini heç vaxt unutmamalidir!” layihəsini həyata keçirir.
Həyata keçirilən layihənin məqsədi, 27 sentyabr – 8 noyabr 2020-ci il tarixlərində, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda Vətən müharibəsində döyüşərək şəhid olmuşların ailələrinin və müharibə əlillərinin onlara dövlət tərəfindən qanunla nəzərdə tutulmuş tibbi və sosial təminat hüquqları Səhiyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təmin olunmasına hüquqi köməklik göstərərək, adı çəkilən vətəndaşlar arasında yaranmış narazılıqları aradan qaldırmaqdır.
Qeyd olunan problemlərin həlli ilə bağlı Səhiyyə, aidiyyati olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliklərinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbail, Qazax və Ağstafa rayon şöbələri ilə birlikdə əməktaşlıq edərək, Bakı şəhərində və sərhədyanı Qazax, Ağstafa rayonlarında Vətən müharibəsində döyüşərək şəhid olmuşların ailələrinin, müharibə əlillərinin və veteranlarının tibbi-reabilitasiyası və sosial problemlərinin həllinə hüquqi yardım ediləcəkdir.
Layihə çərçivəsində həmçinin Vətəndaşların Respublikadan Kənar Müalicəyə Göndərilməsi Məsələləri üzrə Komissıyasından keçərək xarici ölkələrdə müalicə olunmaları üçün rəy almış müharibə əlillərinə aidiyyəti qurumlar tərəfindən təmin olunmasına hüquqi köməklik göstəriləcəkdir.


Bu müharibə əlillərdən biridə, Yaşad Fondunun, Azərbaycan Respublikasının QeyriHökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə, Azərbaycan Respublikasının Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun həyata keçirtdiyi, “Hökumət və xalq öz müdafiəçilərinin xidmətlərini heç vaxt unutmamalidir!” layihəsi çərşivəsində Vətən mühribəsində döyüşərək sağlamlığlarını itirmiş 2 ci qurup müharibə əlilli Qasimzadə Namik Ağa oğlunun müalicəsini Türkiyə Ankara və İstanbul Mərkəzi xəstəxanasında təşkil olunmuşdur. Qazi qardaşımız ağır yaralandığı üçün, o, Azərbaycanda və eləcəd Türkiyyə xəstəxanalarinda ayağından, bel sümüyundən, başından və gözlərindən 7 dəfə əməliyyat olunmuşdur. Qazimiz sonuncu dəfə Türkiyynin İstambul şəhər Mərkəzi Xəstəxanasında növbəti əməliyat olunaraq matın 10 da Vətənə dönmüşdür. Qazi qardaşımızı, Azərbaycan Respublikasının Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun kolektivi hava limanında təntənəli sürətdə qarşılayaraq, Zəngilan rayonunun sakinlərinin, Sabirabad rayonununun Şəhriyar qəsəbəsində müfəqqəti məskunlaşdığı ailəsinin evinə apararaq , onun adına Qurban kəsilmişdir.
Qazi qardaşımız Namik Qasimzadə və Şəhid aillərinə, müharibə əlillərinə və veteranlara diqqət və qayğı göstərən, Şəhriyar qəsəbəsində müfəqqəti məskunlaşdığı Cəbrail rayon orta məktəbin direktoru İsmayılov Arif Məhəmməd oğlu Azərbaycan Respublikasının Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu tərəfindən VƏTƏN MÜDAFİYƏÇİSİ medalı və Fəxri-Fərmanla təltif olundular.
Canlarını Vətən, Millət, Dövlət uğrunda qurban verən şəhidlər, müharibə əlilləri və veteranlar həm dini nökteyi nəzərdən, həmdə bəşəri cəhətdən şərəfli və müqəddəs bir yolçulardırlar. Şəhidlərimiz daima ehtiram hissi ilə yad olunublar və olunaraq nəsildən-nəsilə nümünə göstərilməlidirlər.


Layihənin rəhbəri, Azərbaycan Respublikasının Beynəlmiləlçi Əlil Döyüşçülər Fondnun vitse-prezidenti və Qarabağ müharibəsinin Qazisi Ənvər Qarayev





Oxunub: 917
Oxşar xəbərlər
SON XƏBƏRLƏR