dini radikalizm və ekstremizmlə mübarizə

Müəllim şagirdinin yoluna mayak olmalıdır


Hər bir müəllim şagirdinə övlad sevgisi ilə yanaşmalıdır, onun uğur qazanması üçün yoluna bir mayak olmalıdır.
Məktəbin və müəllimin şagirdlərin həyatında yeri necə olmalıdır sualını mənə versəydilər deyərdim. -Müəllim şagirdinə övladı kimi yanaşmalı, onun arzu və istəylərini nəzərə almalı, qayğısına qalmaqla yanaşı əsl ata və ana olmalıdır. Mən nə təhsildən, nə elmdən stat çəkmədim, insanlığ və məhəbbət bu saydığım xüsusiyyətlər müəllimdə varsa cəmiyyətə yaralı vətəndaş yetişdiriləcəkdir.
Bu gün sizə məhz ana qayğısı ilə şagirdlərinə yanaşan müəllimədən söz açmaq istəyirəm.
- Əlaqə telefonuma zəng gəldi. - Salam Almaz xanım, Fatimə Hacıbəylidir sizi narahat edən.
- Buyuru eşidirəm.
- Mənim sinifimdə idmanla məşğul olan nümunəvi bir şagirdim var. Onun nailiyyətlərindən və arzularından kiçik də olsa bir məqalə yazmağınızı xahiş edirəm.
' İşlərimin çox olmasına baxmayaraq, yox deyə bilmədim. Düşündüm Fatimə müəllimənin şagirdi üçün göstərdiyi diqqət və qayğı başqaları üçün nümunə ola bilər və kiçik müsahibimlə telefon vasiətəsilə əlaqə yaratdım. Beləcə balaca idmançımızı oxucularımla tanış edim.
Elmir Murzəliyev
25 nömrəli tam orta məktəbin 5 "b" sinf şagirdidir.
Bir ilə yaxındır ki, kikboksinqlə məşğul olur. Kiçik yaşlarından idmanla məşğul olmağa başlamış və idmançı olmaq ən böyük arzusu olub. Kikboksçu olmaq arzusuna yol açan 6 qat dünya çempionu Kobra ləqəbli Pərviz Abdullayev olub. Ondan sonra digər idmançıları izləyib və beləcə özünü yalnız . Ağ canavar ləqəbli 26 qat dünya çempionu, 7 qat Avtopa çempionu, 7 qat dünya kubokunun sahibi, 15 qat Azərbaycan çempionu Eduard Məmmədova oxşamaq istədiyin söyləyən Elmir, onun kimi nailiyyətlər əldə etmək, dünyada tanınaraq Azərbaycanın bayrağını səmalarda dalğalandırmaq arzusu ilə yaşadığın bildirdi.
Hal-hazırda ona kikboksinqin incəliklərini
öyrədən müəllimi Habil Məsimov olduğunuda bildirdi.
Elnur Murzaliyev
3 dəfə döyüşə çıxaraq 2 dəfə qızıl medal,1 dəfə kubok qazanmışdır. Arzusularının çox olduğunu bildirdi, ən böyük arzusu isə Adil Əliyevlə görüşmək, yaxsi bir idmanci olmaqdır.
Az yaşlı idmançımız kikboksinqdə qazandığı ugurlar kimi, orta məktəbdə də nümunəvi şagird olmaqla dərslərinə çox ciddi yanaşır.
Biz isə balaca müsahibimizə böyük uğurlar arzulayırıq. İnanırıq ki, bir gün onun dünya və avropa çempionu olmaq xəbərini ilk məhz Djb.az xəbər verəcəkdir.


Hazırladı: Almaz İLAHƏ







Oxşar xəbərlər
SON XƏBƏRLƏR