dini radikalizm və ekstremizmlə mübarizə

Ədalət yolu qəzetinin rəhbəri Yasəmən Qəyyumlu Batı Karadəniz TV- yə müsahibə verib


Türkiyədə və dünyanın bir çox ölkələrində yayımlanan BRTV(Batı Karadeniz Televiziyası)- nın əməkdaşı və " Öndə olanlar" layihəsinin rəhbəri Namiq Zeynalzadə peşəsindən asılı olmayaraq, zəhmətilə ucalan insanların əməyinə hər zaman dəyər verir, onları tamaşaçılara təqdim edir. Namiq Zeynalzadənin növbəti seçimi "ƏDALƏT YOLU " qəzetinin və Edaletyolu.az xəbər portalının təsisçisi və baş redaktoru, "Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək" İctimai Birliyin təsisçisi və "Vətən Müharibəsi Əlillərinə Kömək" İctimai Birliyinin Binəqədi rayon nümayəndəliyinin sədri
Yasəmən Qəyyumlu oldu.
Yasəmən xanımla telefon bağlantısı zamanı görüşmək istədiyini və məqsədlərini anladan Namiq bəy işgüzar komandası ilə Yasəmən Qəyyumlunun xidməti iş otağının qonağı oldu. Namiq bəy Yasəmən xanımın cəmiyyətdə mövqeyini hər tərəfli fəaliyyətini düzgün müşahidə etdiyi üçün sual verərkən heç bir ayrı-seçkiliyə yol vermədən asanlıqla suallar verirdi. İstər media sahəsində, istərsə, də QHT sektorunda vətəndaş cəmiyyəti institutu olaraq, vətəndaş cəmiyyətinin inkişafına şərait yaradan və vətəndaş cəmiyyətinə sağlam şəkildə tutduğu postundan insanlıq xidməti göstərən Yasəmən Qəyyumlu dolğun cavabları ilə Namiq Zeynalzadənin suallarını cavablandırarkən hər şeyə görə Allaha borclu olduğunu bildirdi.
Maraqlı müsahibənin video görüntüləri 12.01.2022 il 21:00 da BRTV(Batı Karadeniz Televiziyası) nın efirində yayımlanacaq. Bakı vaxtı ilə 22:00 da türksat vasitəsilə izləyə bilərsiniz.

Oxunub: 584
Oxşar xəbərlər
SON XƏBƏRLƏR