dini radikalizm və ekstremizmlə mübarizə

"5-ci kolon" qələbənin dəyərini aşağı salmaq üçün şərəfsiz taktiki xətt götürdü


Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyeva şəhid anaları ilə görüşlərinin birində belə bir fikir səsləndirmişdi: “Şəhid anaları QƏHRƏMAN ANALARDIR!”.

Djb.az xəbər verir ki, bu sözlər Vətən yolunda general Poladını şəhid verən Səmayə ananın xarakterinə tam uyğun gəlir.Bu, qəlbi yaralı, sinəsi dağlı ananın hər zaman fəryadı, müdrik danışıqları bizə fəxarət yaşadır.Həyətində oğlunun büstü,evin hər divarından oğlunun böyüdülmüş şəkli. Saçları bəmbəyaz olan ananın sifət cizgilərində illərdən və kökündən gələn xanımlıq, müdriklik iz salıb. Üzünün qırışları yaşından deyil, dərdindəndir.
Amma bu gün hamıya məlum olan videonu izləyərkən həqiqətən bir anlıq nitqim dondu.5 ci kalonun dırnaqarası jurnalistlərinin yeni şousu.Amma olarmı müqəddəs şəhidimiz general mayor Polad Həşimovun anası Səmayə Həşimovanın təbii olan kövrək hisslərindən sui-istifadə edərək yönləndiriici suallarla onun fikirlərini tirajlamaq???!

Bu bir, şantajdır, iki, həqarətdir, üç, şəhid adına hörmətsizlikdir, dörd jurnalistikaya ləkədir, beş, insanlıqdan kənardır, altı ayıbdır və tərbiyəsizlikdir. Ən əsası, Polad Həşimovn şəhid olmadığı, qətlə yetirildiyi qənaətini formalaşdırmağa cəhddir - dövlət əleyhinə çox təhlükəli mövqedir.
Paşinyanı özləri ücün ölkə başçısı hesab edən, arzusunda olan 2022 ci ilə üzsüzlüklə çıxan qüvvələr!!!!

Bu videonu izləyən hər kəs əmindir ki, bu qarayaxmanın arxasında Azərbaycanda təxribatlar törətməyə cəhd edən “5-ci kalon” təmsilçiləri dayanır. Məqsəd, xalqın etimadını qazanan, ölkə Prezidentinə sədaqətlə xidmət edən, dövlətçiliyin qorunmasında müstəsna xidmətləri olan Azərbaycan Silahlı Qüvvələrinə ləkə vurmaq, onların bütün dövrlərdə, xüsusən də müharibə dövründə apardıqları şərəfli xidmətlərinə kölgə salmağa cəhd etməkdir.44 günlük müharibədəki möhtəşəm qələbəmizi həzm edə bilməyən məlum qüvvələr, onların Azərbaycandakı agentura şəbəkəsi – 5-ci kalon nümayəndələrin yeni şərəfsizlik nümunəsi.Əvvəl-əvvəl “biz niyə Xankəndiyə, Xocalıya girmədik?”, “Biz niyə İrəvana qədər getmədik?” deyərək haray-həşir qopartdılar, Qələbəmizi inkara qalxdılar, hətta “şəhidlərimizin qanı yerdə qaldı” deyərək xalqı ayağa qaldırmağa çalışdılar. Bir buradakı bu şərəfsizlər, bir də İrəvandakı ermənilər 10 noyabr müqaviləsinin şərtlərini şübhə altına almağa, təftiş etməyə başladılar. Gördülər onların bu yalanlarına heç kəs inanmadı, gördülər Azərbaycanın 44 günlük müharibədəki qələbəsinin möhtəşəmliyini bütün dünya, hətta məğlub ermənilər belə etiraf edir, onda “taktikalarını” dəyişdilər.Bu dəfə şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının “problemlərini” qabartmağa cəhd göstərdilər, ayrı-ayrı bölgələrdəki neqativ halları arayıb-axtarıb ictimailəşdirməyə, bunu kütləvi narazılığa çevirməyə çalışdılar. Dövlətin şəhid ailələri, yaralılar və müharibə iştirakçıları, onların sosial müdafiəsi, sosial problemlərinin həlli ilə bağlı bir-birinin ardınca qəbul etdiyi qərarlar, atdığı addımlar həmin antimilli qüvvələrin planlarını yenə alt-üst etdi.Bu dəfə bu kompaniyanı həmin 5-ci kalonun illər boyu nəzarət etdiyi, “yemlədiyi” sosial şəbəkə və vətəndaş cəmiyyəti “qəhrəmanları” vasitəsilə həyata keçirirlər.

Müqəddəs generalımızın şəhadətə yüksəlməsindən bir il altı ay vaxt keçir.Bu günə qədər hər zaman Səmayə ananın müsahibələrini dinləmişik, dinlədikcədə qürur hissi keçirtmişik.Qısa müddət öncə Səmayə ana Şuşaya səfəri zamanı belə bir açıqlama vermişdir: " Bəlkə də ən böyük arzusu idi Şuşaya bayrağı Polad sancsın. Bunu öz çıxışlarında deyib, dəfələrlə mənim yanımda söhbət edəndə də. O qədər deyirdim ki, Polad da bəsdir, evimizə gəl… Deyirdi, Şuşaya bayrağı sancıb gələcəm. Deyirdi, 28 ildir ordudayam elə belə gələ bilmərəm, bayrağımızı Şuşaya aparaq sonra. Bu bayrağı Şuşada oğlum sanca bilmədi. Elə ona görə də Şuşaya xəstə yatağımdan qalxıb gəlmişəm ki, qoy mənim balamın ruhu şad olsun. Dedim, gedim Şuşadan bir balaca, İsa bulağından torpaq götürüm onun məzarı üstünə səpim ki, ruhu şad olsun! Vətən savaşı 14 iyuldan, bir generalın ölümü ilə başladı. Polad Həşimovun. Xalqın balaları, bizim şanlı ordumuz, əsgər və generallarımız, biz Poladın qanını yerdə qoymayacağıq deyib dəmir yumruqlarını birləşdirdilər, polad biləkli, dəmir yumruqlarla gəldilər və bizim Qarabağ torpağımızı, Poladın qanını almaq üçün düşmən tapdağından azad elədilər. Zəfər yolunun başlanğıcı Poladındır. Vətən Müharibəsinin şəhidləri Polad deyib getdilər, ruhları qarşısında baş əyirəm"

Fəxrlə dinlədik bu çıxışı.Əsl General anası səbrli, təmkinli, başını uca tutan, qürurlu qadın.Bəs qısa zaman kəsiyində dəyişən nə oldu?!
Belə hesab edirəm ki, düşmənlə hələ də qarşı-qarşıya olduğumuz indiki dövrdə bu gün daxilimizdəki belə oyunları hazırlayan bu müqəddəs ananın həssaslığından istifadə edərək, belə fikirləri çəkib ictimailəşdirən şərəfsiz, antimilli qüvvələrin qarşısı ən qəti şəkildə alınmalıdır. Dövlətin imicinə, xalqın həmrəyliyinə, xalqla dövlətin birliyinə xələl gətirən heç bir qüvvəyə, heç bir təşkilata, heç bir şəxsə güzəştə gedilməməlidir. Çünki Azərbaycanın bugünkü taleyi üçün biz hamımız tarix qarşısında məsuliyyət daşıyırıq!!! //newcenter.az

Aygül Bağırova-YAP fəalı

Oxunub: 592
Oxşar xəbərlər
SON XƏBƏRLƏR