dini radikalizm və ekstremizmlə mübarizə

Şəhid Fəxri Qurbanzadənin anım günü keçirildi


Djb.az xəbər verir ki, Müdafiə Nazirliyinin Həzi Aslanov adına ordu və ideoloji tədris mərkəzinin akt zalında Bərdə Şəhidlər Xiyabanında uyuyan şəhid Fəxri Qurbanzadənin anım günü keçirildi.
Anım günündə ilk öncə Heydər Əliyevin və şəhidlərimizin ruhu bir dəqiqəlik süküta anıldı.
İlk söz şəhidin anası Mehbarə Qurbanovaya verildi. Mehbarə xanım qara yaylığını başından açaraq, oğlunu yuxuda gördüyünü və əşyaları içəridində olan qara bağlamanı açaraq, içindəki qanlı bayrağı qolunda gəzdirəcəyinə söz verdi və göz yaşlarına boğularaq, bütün şəhid analarına səbr dilədi. Sonra "Qafqaz Media -"İb sədri, Prezident təqaüdcüsü Hacı Azadə -Taleh Abbasqızı şəhidin anası Mehbarə xanıma İb -nın təsis etdiyi "Xarı bülbül medalını və eyni adlı diplomu təqdim etdi. Sonra isə "Vətən naminə " ŞADİB sədri Tünzalə Abduləlimovaya doğum günü ərəfəsində " İlhamlı Azərbaycan medalını təqdim edərək , 20 -yə yaxın şəhid analarına
Xarı Bülbül diplomlarını hədiyyə etdi.Tədbirdə Şəhid Xudayar Yusifzadənin anası və qazilər , şəhid Fəxri Qurbanzadənin döyüş yoldaşları çıxış edərək, onun döyüş şücayətindən geniş söhbət açaraq, Allahdan ona rəhmət dilədilər. Şəhidimizin anası Mehbarə xanıma isə Uca tanrıdan səbr dilədilər. Yədbirin sonda xatirə şəklləri çəkildi.




Oxunub: 531
Oxşar xəbərlər
SON XƏBƏRLƏR