dini radikalizm və ekstremizmlə mübarizə

Suraxanı rayonu Gənclər Evində "Dahilər ölməz" adlı tədbir keçirildi


Djb.az xəbər verir ki, Suraxanı Rayon İcra Hakimiyyətinin dəstəyilə, Suraxanı Gənclər Evi, Dünya Jurnalistlər Birliyi və “Uğurcan” psixologiya mərkəzinin birgə təşkilatçılığı ilə Ulu öndər, Ümummilli lider Heydər Əliyevin 12 dekabr anım gününə həsr olunan “Dahilər ölməz!” adlı tədbir keçirildi.
Müstəqil Azərbaycan dövlətinin qurucusu, Azərbaycan siyasi sisteminin yaradıcısı, azərbaycançılıq ideologiyasının banisi, xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin Anım günü münasibəti ilə keçirilən tədbir Gənclər evinin akt zalında “Dahilər ölməz” filminin nümayişi ilə başladı.
Suraxanı gənclər evinin rəhbəri Natavan Rüstəmova çıxış edərək öz həyatını bütövlüklə xalqına, Vətəninə həsr edən dahi şəxsiyyətin Azərbaycanın müasir tarixinin şərəfli səhifələrinin yazılmasına və ölkəmizin müstəqilliyinin daimi yaşamasına verdiyi töhfələrdən danışmış, Azərbaycançılıq məfkurəsinin bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik rəhbərliyi altında uğurla inkişaf etdiyini qeyd edmişdir.
Tədbirdə,
Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Könül Axundova , Suraxanı Gənclər Evinin rəhbəri Natavan Rüstəmova, SRİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevinc Ağayeva, SRİH-in şəhid ailələri və qazilərlə iş şöbəsinin müdiri Elmar Hüseyn, Nərimanov rayon Gənclər və İdman idarəsinin rəisi Nəcəf Novruzov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Suraxanı şöbəsinin sədri Eldar Rüstəmov, Azərbaycan Əlil arabaları və Qılınc oynatma Federasiyasının 1-ci vitse-prezidenti və 1-ci Qarabağ müharibəsi iştirakçısı Asəf Məlikov, DOST agentliyinin mətbuat katibi Şahin Əliyev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 1 nömrəli Uşaq Reabilitasiya Mərkəzi, Sosial -psixoloji reabilitasiya və abilitasiya şöbəsinin müdiri Ramilə Rəhimova, Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin direktoru Bahar Kərimova və kollektivinə, Vətənpərvərlərdən ibarət "Ana Vətən" qrupunun üzvləri, Şəhid Anaları və Qazilər iştirak edirdilər.
Tədbirin sonunda Gənclər evinin rəhbəri Natavan Rüstəmova, "Uğurcan" psixoloğiya mərkəzinin rəhbəri Günay Ağazadə, Djb.az xəbərlər və iformasiya portalının rəhbəri Almaz Əhmədova tədbir içtirakçılarına və gənclərdən ibarət olan könüllülərə, fəallığlarına görə dərin minnətdarlıqlarını bildirdilər.
Suraxanı RİHB müavini Könül xanımın iştirakı ilə uşaqlar və gənclər diplomlarla təktif edildilər.



















Oxunub: 771
Oxşar xəbərlər
SON XƏBƏRLƏR