dini radikalizm və ekstremizmlə mübarizə

Suraxanı rayonunda Ümummilli Lider Heydər Əliyevin anım günü qeyd olundu


Djb.az xəbər verir ki, dekabrın 10-da Suraxanı Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının birgə təşkilatçılığı ilə Müstəqil Azərbaycan dövlətinin qurucusu, Azərbaycan siyasi sisteminin yaradıcısı, azərbaycançılıq ideologiyasının banisi, xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin Anım günü münasibəti ilə tədbir keçirilib.
Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Milli Məclisin deputatları Afət xanım Həsənova, Sevinc xanım Fətəliyeva, Etibar Əliyev, Rayon Prokuroru Rəşid Mahmudov, Rayon Polis İdarəsinin rəisi Süleyman Neymətov, Dövlət Təhlükəsizlik Xidmətinin Suraxanı rayon İdarəsinin rəisi Rauf Məmmədov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin rəisi Çingiz Kiçibəyov, RİHB yanında Şuranın üzvləri, Respublikanın əməkdar artisti, ADMİU-nin dosenti, Rayon Ağsaqqallar Şurasının sədr müavini Ağalar Bayramov, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimai birliklərin sədrləri, Şəhid ailələri və media nümayəndələri iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət edərək önünə gül dəstələri düzmüş, sonra Suraxanı Rayonu Heydər Əliyev Mərkəzində Ulu Öndərin xatirəsinə həsr olunmuş rəsm sərgisi ilə tanış olmuşlar.
Rayon İcra Hakimiyyətinin akt zalında Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş “Millət Atası” filminin nümayişi ilə davam edən tədbiri giriş sözü ilə açan Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək öz həyatını bütövlüklə xalqına, Vətəninə həsr edən dahi şəxsiyyətin Azərbaycanın müasir tarixinin şərəfli səhifələrinin yazılmasına və ölkəmizin müstəqilliyinin daimi yaşamasına verdiyi töhfələrdən danışmış, Azərbaycançılıq məfkurəsinin bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik rəhbərliyi altında uğurla inkişaf etdiyini qeyd etmişdir.
Tədbir YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidovun, Bakı Dövlət Universitetinin tələbəsi Aytən Cabarovanın, Respublikanın əməkdar artisti, ADMİU-nin dosenti, Rayon Ağsaqqallar Şurasının sədr müavini Ağalar Bayramovun çıxışları və bədii hissə ilə davam etmişdir.








Oxunub: 569
Oxşar xəbərlər
SON XƏBƏRLƏR