dini radikalizm və ekstremizmlə mübarizə

“Suraxanı Gənclər Evi” Sosial Xidmət Müəssissəsinin il ərzində gördüyü işlər


11.02.2021 - Suraxanı Gənclər Evinin direktoru Natavan xanım Rüstəmova başda olmaqla Suraxanı Gənclər evi kollektivi tərəfindən Vətən Müharibəsi qazisi, Suraxanı rayon sakini, Rufullayev Namiq Arif oğlu ziyarət edilmiş, sovqat aparılmışdır.



15.02.2021 – “Mənim Qəhrəmanım” layihəsi çərçivəsində Zəfərimizin 100-cü gününə həsr olunan görüş Xüsusi Təyinatlı Qüvvələrimizin Qazisi Əhliyət Mehdiyevlə görüş

18.02.2021 - Suraxanı Gənclər Evi nümayəndələri tərəfindən Vətən Müharibəsi şəhidi, Dostəli Məmmədov Seymur oğlunun ailəsi ziyarət edilmişdir.


20.01.2021 – 20 Yanvar Faciəsinin 31-ci ildönümünə həsr olunan hadisə şahidlərinin, gənclərin eləcə də Azərbaycan Yazıçılar İttifaqının üzvü, Azərbaycan Jurnalistlər İttifaqının üzvü, filologiya elmləri namizədi Azər Abdulla iştirakı ilə onlayn görüş

22.02.2021 – “Nizami Gəncəvi ili” çərçivəsində gənclərin iştirakı ilə “Nizami Gəncəvi irsinin ölkəmizdə və xaricdə gənclərimiz tərəfindən tanıdılması” mövzusunda onlayn görüş
İcraçı: Suraxanı Gənclər Evi, “AMOR” təşkilatı, Rusiyadakı Azərbaycan diasporanın nümayəndələri




29.03.2021 - Suraxanı Gənclər Evi tərəfindən Novruz Bayramına həsr olunmuş “Rəsm dərnəyi” üzvlərinin, eləcə də gənclərin iştirakı ilə əl işləri üzrə müsabiqə keçirilib. Müsabiqədə fərqlənən əl işlərini təqdim edirik.


06.04.2021 - Suraxanı Gənclər Evi nümayəndələri tərəfindən Vətən Müharibəsi şəhidi Şahbazov Elnur Qədir oğlunun ailəsi ziyarət edilmişdir


Gəncliyin şəxsi inkişafına dəstək olmaq məqsədilə iştirakçı sayı 100 nəfər olan "İngilis dilini öyrənərkən doğru bildiyimiz yanlışlar" mövzusunda vebinar keçirilib.


10.05.2021 - Suraxanı Gənclər Evi kollektivi tərəfindən Ramazan Bayramı ərəfəsində rayon ərazisində yaşayan qazi ailələri, aztəminatlı və çoxuşaqlı ailələr ziyarət edilmişdir. Onlara Gənclər evinin şəxsi vəsaiti hesabtına sovqat aparılmışdır.





28.05.2021 - Suraxanı Gənclər Evi tərəfindən “Rəsm dərnəyi” üzvlərinin, eləcə də digər gənclərin iştirakı ilə açıq havada karantin qaydaları çərçivəsində "28 May - Respublika Günü"nə həsr olunan rəsm müsabiqəsi keçirilib.




31.05.2021 - Suraxanı Gənclər Evinin əməkdaşları və könüllüləri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyevinin iştirakı ilə Bakıda açılmış Hərbi Qənimətlər Parkına səfər ediblər. İştirakçılar Hərbi Qənimətlər Parkında düşməndən qənimət götürülən ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyatlar və digər sursatlarla tanış olublar.




31.05.2021 - Suraxanı Gənclər Evi tərəfindən 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar rayon ərazisində yaşayan gənc aztəminatlı və çoxuşaqlı ailələr ziyarət edilmişdir.




26.06.2021 - İyunun 26-da Suraxanı Rayon İcra Hakimiyyətində Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 103-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib. Suraxanı Gənclər Evinin rəqs və gimnastika dərnəyinin üzvləri tərəfindən müxtəlif rəqs və idman hərəkətlərindən ibarət çıxışlar nümayiş olunmuşdur. Həmçinin rəsm dərnəyinin tələbələri tərəfindən “26 İyun – Ordu Quruculuğu Günü”mövzusunda masterklass təqdim olunmuşdur.






23.07.2021 - Suraxanı Gənclər Evində Suraxanı Gənclər Evi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyasının, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə gənclər arasında kulinariya müsabiqəsi keçirilib.






26.07.2021 - Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaranmasının 27-ci ildönümü qeyd edilib. Suraxanı Gənclər Evində Suraxanı Gənclər Evi, Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyasının, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaranmasının 27- ci ildönümü münasibəti ilə şəhid ailələri, qazilər və fəal gənclərlə görüş keçirilib.

Şəhid ailələrin üzvlərinə, qazilərə, ordudan tərxis olmuş gənclərə və fəal könüllülərə təşkilatçılar tərəfindən fəxri fərman, hədiyyələr və Azərbaycan Bayraqları təqdim edildi.



Gənclərimiz arasında sağlam həyat tərzinin təbliği ilə bağlı Suraxanı Gənclər Evi tərəfindən 07.08.2021 YOGA təlimi təşkil edilmişdir.


15.08.2021 - Suraxanı Gənclər Evinin təşkilatçılığı, gənclərin iştirakı ilə açıq havada “Narkomaniyasız sağlam həyat” mövzusunda psixoloqun iştirakı ilə təlim keçirilmişdir.


27.08.2021 - Suraxanı Rayon İcra Hakimiyyətinin dəstəyi, Suraxanı Gənclər Evi və Davamlı İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə "Narkomaniyaya qarşı birgə mübarizə və gənclərdə vətənpərvərlik hislərinin gücləndirilməsi" mövzusunda gənclərlə görüş keçirildi.


03.09.2021 - Sentyabrın 3-də Suraxanı Rayon İcra Hakimiyyətinin və Suraxanı Gənclər Evinin birgə təşkilatçılığı ilə Suraxanı Gənclər Evində Vətən Müharibəsi şəhidi Səbuhi Orucovun anası Narınc xanımın təşəbbüs göstərdiyi “Xalçaçılıq” dərnəyinin, Şəhid, qazi və aztəminatlı ailələr üçün 1 ay müddətində təmənnasız təşkil olunacaq, danışıq təlimçisi və gənc mədəniyyət işçisi Əliseyfəl Quliyevin təqdimatında və rəhbərliyi ilə ingilis dili üzrə “Speak Like Ali” layihəsinin və Vətən Müharibəsi iştirakçıları üçün nəzərdə tutulan psixoloji proqramın açılış mərasimi keçirilmişdir.



03.09.2021 - Gənclər Evimizdə məşqlərini uzun müddətdir davam etdirən, Şanlı Bayrağımızı dalğalandıran, Olimpiya və Paralimpiya, aralarında Vətən Müharibəsi Qazisi Telman Nəzərovun iştirakı ilə, mərd gənclərimizin Suraxanı Gənclər Evinin rəhbəri Natavan xanım Rüstəmova ilə görüşü baş tutmuşdur.


Oxunub: 1 335
Oxşar xəbərlər
SON XƏBƏRLƏR