dini radikalizm və ekstremizmlə mübarizə

ZƏFƏR SƏNƏ YARAŞIR AZƏRBAYCAN ƏSGƏRİ


Həyatımız boyunca yaşadığımız acıların ən böyüyünü sevdiklərimizi itirdiyimizdə yaşayarıq... Doğurdan da elə yaşamalısan ki, ölümün hamını kədərləndirsin, varlığın gərəkli olduğu kimi, yoxluğun da hər kəsi heyfsləndirsin. Elə yaşamalısan ki, hər zaman xatırlanıb, yad ediləsən... Doğurudan da ağır olur doğma bir insanın itkisi! Bəs bu doğmaların sayı minlərlədirsə necə? Bu itgilər bir acı deyil minlərlədir bu ağrıya necə sinə gərmək olar. Unudulmayacaqlar isə Şəhidlik zirvəsinə ucalanlardır...
Övlad dərd yandırar kül edər hər bir ana qəlbin.
Minlərlə gənc ana vaxtsız qara yaylıq bağladı. Minlərlə gəlinlər, qızlar yarlarından doymadı... Minlərlə körpələr ata nəvazisindən məhrum qaldı... Minlərlə körpə atasız dünyaya gəldi...
Bu qədər acısı olan minlərlə ailənin faciəsi zəfərə yol açdı. Bu minlərin acısı milyonları ağ günə çıxardaraq qara ləkəni Azərbaycan adından sildi. Bu minlər milyonlara elə bir qürur yaşatdı ki, tarix dünyanın görmədiy zəfərdən yazdı.
Biz 30 ildən sonra torpaqlarını yağıdan xilas edən xalq olaraq dünyaya səs saldıq.
Bu gün bu tarixin hər anın əbədiləşdirməyə çalışan Gülarə Əliyeva adına 3 nömrəli Uşaq incəsənət məktəbində "Zəfər Sənindir Azərbaycan Əsgəri " adlı tədbirin qazi anası olaraq qonağı oldum.
Kiçik auditoriyada böyük ürək istiliyi hiss olunurdu. Tədbirin aparıcısı Könül Talıbova Azərbaycan Respublikasının himni ilə açılan tədbiri açıq elan edərək Şəhidlərin ruhun bir dəqiqəlik sükutla yad edilməsini xahiş etdi. Və söz Qazi Mirrəhim Əhmədovun anası Djb.az xəbərlər və informasiya saytının rəhbəri Almaz İlahə Əhmədova verilir sözlərin eşitdim. İlk düşündüyüm cümlə bu oldu. Tədbir başlaması ilə sözün mənə verilməsi az da olsa həyəcanıma səbəb oldu. Demək artıq övlad ləqəbli adımın yanına bir ad da əlavə olunmuşdu, Qazi anası...
Səhnəyə çıxdım zəfəri bizə yaşadan şəhid və qazilərimizin igidliyindən, Ali Baş Komandanın rəşadətindən və güclü siyasətindən söz açdım.
Əslində daha çox danışa bilərdim, ağlamaqdan ehtiyat etdiyimdən bəzi sözləri ixtisar elədim. Amma nə gizlədim, arada yamanca kövrəldim. Bilmirəm hiss olunurdu yoxsa yox... Çalışdım az danışım. Amma ürəyim dolu idi.
Tədbirin ilk çıxış edəni olduğum üçün qürurlu unudulmaz Qələbə sevincindən söz açdıqca təkrar o günlər gözlərim önündə canlandı o an göz yaşları ilə zəfər sevinvinə kölgə salmaq istəmədim.
Tədbirə rəngarənglik qatan isə "Kiçik dan ulduzu" ansanblının şagirdlərdən ibarət Xor kollektivi və rəqs qrupu oldu.
Beləcə Zəfər sevincindən söz açılan tədbir nastalji hisslərə qarışdı. Qürur, kədər, göz yaşı, fəxr, təssüf. Bu o təssüf idi ki, ölüm yaraşmayan gənclərimizin yoxluğu ilə barışa bilməmək...
Qürur o qürur idi ki, 30 illik qara ləkə silinərək namusumuza sahib çıxılmışdı...
YAP Ərazi ilk Partiya təşkilat sədri Cəmilə Ağayeva o anları göz yaşlarına boğularaq qürurla tədbir iştirakçılarına söz açdı.
Uşaq incəsənət məktəbinin direktoru Elvina Əhmədova da öz çıxışında xalqımızın birliyindən, unudulmayacaq tariximizdən çöz açdı və sonda "Zəfər Sənindir Azərbaycan əsgəri" adlı tədbirin hazırlanmasında əməyi olan tədris işləri üzrə direktor müavini Rəna Əliyevaya, Könül Talıbovaya, Xalq çalğı alətləri şöbəsinin müdiri və "Kiçik dan ulduzu " ansanblının bədi rəhbəri Fariz Hüseynova və məktəbin müəllim heyyətinə və şagirdlərinə öz təşəkkürün bildirdi.

Almaz İlahə







Oxunub: 372
Oxşar xəbərlər
SON XƏBƏRLƏR