dini radikalizm və ekstremizmlə mübarizə

Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü liseyi qələbəmizin ilk Zəfər bayramını qeyd edib


Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü liseyi üçün ən əlamətdar gün olub.Bu gün lisey həm yaranmasının 30 illik yubleyini,həm də qələbəmizin ilk Zəfər bayramını qeyd edir.
Djb.az xəbər verir ki, hər iki bayramın üst-üstə düşməsi liseyin əməkdaşlarında böyük fərəh hissi yaradıb.Bu münasibətlə lisey böyük bir tədbirə ev sahibliyi edib.Tədbirə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov,Təhsil şöbəsinin müdir əvəzi Zamik Cəbiyev,liseyin məzunlar,2 Qarabağ müharibəsində iştirak edən liseyin məzunları,liseyin qurucusu , Mingəçevir Dövlət Universitetinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, respublikanın əməkdar müəllimi Mayıl İsmayılov və liseyin müəllim heyəti iştirak edirdi.İlk olaraq tədbiri giriş sözü ilə açan liseyin direktoru Aidə İsmayılova qonaqları salamladıqdan sonra bu əziz gün münasibəti ilə kollektivi təbrik edib. Qeyd edib ki,1990-cı illərdə respublikada liseylərin yaranmasına çox böyük ehtiyac vardı :”Bu səbəbdən Mingəçevir şəhərində hörmətli Mayıl müəllimin rəhbərliyi ilə istedadlı uşaqlar üçün ixtisaslaşmış məktəb açıldı.İlk uğurlu buraxılış iliində 1991-ci ildə məktəbə litsey statusu verildi.30 il müddətində liseyimiz respublika üzrə 20 ən yaxşı məktəb sırasında öz yerini saxladı.Hədəfimiz xalqımız üçün ən layiqli vətəndaşlar yetirməkdir və fəxrlə deyə bilərəm ki,məzunlarımızın səsi həm Azərbaycanımızdan,həm də uzaq ölkələrdən gəlməkdədir.Nəticələrimiz yüksəkdir və bu naliyyətləri qazanılmasında bu günkü tədbirdə iştirak edən müəllimlərimizin əməyi böyükdür.Hər birinizə ürəkdən təşəkkür edirəm.Bayramınız mübarək”.
Daha sonra liseyin direktoru Aidə İsmayılova liseyin 2018-19-cü dərs ilinin məzunu,hal-hazırda BDU-nun jurnalistika fakultəsinin 3 kurs tələbəsi,İTV kanalında yayımlanan “Müasir Azərbaycan Gəncləri”verlişinin ən fəal aparıcısı Rauf Şirinovu tədbiri aparmaq üçün səhnəyə dəvət edib.
Aparıcı əvvəlcə bu liseyin məzunu olmaqdan qürur hissi keçirdiyini və Zəfər bayramı münasibəti ilə təbrik edib. Daha sonra söz şəhərin icra başçısı İlham İsmayılova verilib.Başçı müəllimləri hər iki bayram münasibəti ilə təbrik edib,və liseyin bir qrup müəllimlərinə şəhər İcra Hakimiyyətinin fəxri fərmanlarını təqdim edib.
Daha sonra söz liseyin məzunlarına verilib.Onlarda öz xöş təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüblər.
Söz akruallığını hər zaman qoruyub saxlayacaq təcrübənin yaradıcısına verilib.Mayıl İsmayılov liseyin yaranma tarixinə bir daha nəzər saldı.Bildirdi ki,lisey 17 il” özgə qapılarda” ,çətin şəraitdə şagirdlərinə dərs keçib:”Yaxşı xatırlayıram əncir ağacının altında da dərs keçmişik.Amma buna baxmayaraq liseyin məzunlarının səsi həmişə ən yaxşı yerlərdən gəlib.Liseyin bu günkü uğuru məni çox sevindirir.Hər birinizə uğurlar arzulayıram”.
Qeyd edək ki, Mayıl müəllim liseyə rəhbərlik etdiyi 25 ilə yaxın müddətdə əslində müasir dövrümüz üçün hər bir məktəb rəhbərinə nümunə olacaq məktəb quruculuğu təcrübəsini yaratdı. Bu liseyin nümunəsində təfəkkür məktəbinin özüllərini qurdu.
Yubiley tədbirində Təhsil şöbəsinin müdir əvəzi Zamik Cəbiyev də öz ürək sözlərini tədbir iştirkaçılarına çatdırıb.
Tədbir şən musiqi sədaları altında davam edib.

Esmira Hidayətova,Mingəçevir







Oxunub: 460
Oxşar xəbərlər
SON XƏBƏRLƏR