dini radikalizm və ekstremizmlə mübarizə

Vətən Müharibəsi şəhidi Cəbrayıl Dövlətzadənin anası yeni işlə təmin olundu


Djb.az xəbər verir ki, Vətən müharibəsi şəhidi Cəbrayıl Dövlətzadənin anası Məleykə Məmmədzadə Milli Məclisdə işlə təmin olunub.
Milli Məclisin sədri Sahibə Qafarovanın müvafiq əmrinə əsasən, general-mayor Polad Həşimovun qisasını alan əsgər kimi Vətən müharibəsi tarixinə imzasını atmış Cəbrayıl Dövlətzadənin anası Məleykə Məmmədzadə Milli Məclisdə dövlət qulluğuna qəbul edilərək işlə təmin olunub.
Onuda qeyd edək ki, Məleykə Məmmədzadə Security Operation Services Məhdud Məsuliyyətli Cəmiyyətdə şəhid anası olaraq işlə təmin olunmuş bir neçə ay işləmiş və milli məclisdə iş təklifi aldlqdan sonra öz ərizəsi ilə işdən azad olmuşdur.

Oxunub: 390
Oxşar xəbərlər
SON XƏBƏRLƏR