dini radikalizm və ekstremizmlə mübarizə

BIR ADDIMLIQDA


Dedilər sənin üçün bir pərişan darıxır,
Itirib baxışını, itirib yerişini, əzbərini, karıxır...
Səni düşündüm o an... Sevdiyin məlum idi,
"Sevirəm" söyləməndən, Başqa kəlmələrindən:
"Sənin üçün ölərəm, "Sənə olaram qurban!"
Buna bənzər, bu kimi, sözlər və nələrindən...
Gecəni uyumadım...
Səhəri dirigözlü, dan doğulanda açdım!
Mən də yolu karıxıb, yolları hiss etmədən sənin yanına qaçdım...
Amma ki, gözlərində o sevgini görmədim..
Baxışın dərin dəniz, hissin orda dolaşan, bir az yolunu azmış, tənha qayıqtək idi...
Əlin isti olsa da, qəlbin ayrı ünvanda, duyğun soyuqtək idi...
Yox, bu ola bilməzdi...
Mənim üçün darıxan o, pərişan gözəlin sən olmamaq şübhəsi qəlbimi əzdi, əzdi !!!
Quruca "Sağ ol" deyib, peşiman geri döndüm,
Urəyimdə, qanımda, ruhum, həyəcənımda,
O, pərişan gözəlin kimliyi sualıyla, küçəmizə varanda...
Allah, necə sevindim?!
Gözlərində qığılcım, ürəyində bir istək,
Məsum, məşum, pərişan, ürkək ceyran duruşu,
Qonşunun kiçik qızı dayanmışdı doqqazda,
Saydığım, saymadığım və də məlul halıyla!..
Dərindən çəkdim bir ah..
Bu nə idi, ay allah?
Doğrudanmı bu odur?..
"Sevirəm" kəlməsini dilinə gətirməyən,
Sevdiyini gizləyən, süzülməyən, axmayan,
Bircə kərə də olsun, heç üzümə baxmayan,
Qonşunun ürkək qızı ???
Sevgini, məhəbbəti uzaqda axtarırkən,
Bəs, niyə bilməmişdim yaxında qaldığını?!
Niyə hiss etməmişdim, addımımı izləyən,
Mənim üçün darixan, varlığımı özləyən,
Məni bunca gözləyən,
O pərişan gözəlin yaxında, lap yaxında,
Qonşumda olduğunu ??!

Vüsal Səid

Oxunub: 349
Oxşar xəbərlər
SON XƏBƏRLƏR