Xətai rayonu 25 saylı orta məktəbdə İlk dərs günü 27 sentyabr -"Anım Günü"nə həsr olunub-VİDEO
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində 27 sentyabr Anım Günü ilə bağlı tədbirlər təşkil olunub.
Xətai rayonu 25 saylı orta məktəb şəhid Asəf Ağayev adına 5b sinfində də İlk dərs günü 27 sentyabr -"Anım Günü"nə həsr olunub.
Öncə Dövlət himni səsləndirilib, Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Məktəbin müəllimi, həmçinin Vəfa Sosial Problemlərin Həllinə Dəstək İB–nin sədri Fatimə Hacıbəyli 27 Sentyabr- "Anım Günü" barədə şagirdlərə məlumat verib. 2020-ci il sentyabrın 27-dən Ermənistanın ölkəmizə qarşı başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda Vətən Müharibəsinə başladığını şagirdlərin diqqətinə çatdırıb.Ordumuzun gücü, şəhidlərimizin qanı, canı bahasına, Ali baş komandanın uzaqgörən siyasəti, xalqımızın birliyi sayəsində düşmənin 30 il ərzində qurduğu ordunun 44 günə darmadağın edildiyini, bütün dünyanın Azərbaycanın şanlı qələbəsinə şahid olduğu və bu zəfərin həm də "erməni xalqı döyüşkən xalqdır” kimi miflərə birdəfəlik son qoyduğunu bildirib.
Oxunub: 515