dini radikalizm və ekstremizmlə mübarizə

Yardımlı rayonunda "anım günü" qeyd edildi


Cənab prezidentimizin fərmanına əsasən, Yardımlı rayonu icra hakimiyyətinin təşəbbüsü ilə Yardımlı Şəhidlər xiyabanında "Anım günü" qeyd edilmişdir. Tədbirdə rayon icra başçısı Ayaz Əsgərov, millət vəkili Musa Qasımlı, rayon ictimaiyyəti , şəhid ailələri , qazilər və rayon camatından bir qismi iştirak etmişdir. Tədbir icra başçısı Ayaz Əsgərov, Milət vəkili Musa Qasımlınn çıxışı ilə başlamış sonra " Şəhidlər ölməz, Vətən bölünməz" düşüncəsi altında digər iştirakçılardanda bəziləri öz fikirlərini bildirmişlər və şəhidlərimiz bir anlıq sükutla yad edilmişdir.
Tədbirin davamı olaraq, şəhid Sahratlı Cavid və şəhid Qarayev Amalın xatirəsini əbədiləşdirmək üçün onların xatirəsinə tikilmiş bulağın açılışı olmuşdur.

Zamiq Nəcəfli





Oxunub: 708
Oxşar xəbərlər
SON XƏBƏRLƏR