dini radikalizm və ekstremizmlə mübarizə

İctimai nəqliyyatın işləməməsindən ən çox əziyyəti aztəminatlı ailələr çəkir - Deputatdan Operativ Qərargaha ÇAĞIRIŞ

[img]https://img.redaktor.az/news/2021/09/photo_145170.jpg?v=MjAyMS0wOS0xOCAxNTozMjo1Nw==[/img]

"Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir".

Djb.az-ın məlumatına görə, bunu "Xəzər xəbər"ə Milli Məclisin deputatı Fazil Mustafa deyib.

Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətinin bərpa edilməsidir. Onun sözlərinə görə, həftəsonları ictimai nəqliyyatın işləməməsinin məntiqi izahı yoxdur. İctimai nəqliyyatın işləməməsindən isə ən çox əziyyəti aztəminatlı ailələr çəkir.

Fazil Mustafa düşünür ki, problem öz həllini tapmazsa, məktəblər açılanda vəziyyət daha da ciddi hal alacaq.

Deputat təklif edir ki, vəziyyətdən çıxış yolu kimi həftəsonu avtobusların iş saatı azaldıla, ictimai nəqliyyat saat 18:00-a qədər işləyə bilər.

O, bu məsələni parlamentin payız sessiyasında gündəmə gətirəcəyini deyib.

Oxunub: 301
Oxşar xəbərlər
SON XƏBƏRLƏR