dini radikalizm və ekstremizmlə mübarizə

Türk Şurasına üzv və müşahidəçi dövlətlərin media orqanlarının əməkdaşları Şuşada səfərdədir

Türk Şurasına üzv və müşahidəçi dövlətlərin media orqanlarının əməkdaşları Şuşada səfərdədir

Türk Şurasına üzv və müşahidəçi dövlətin media orqanlarının əməkdaşları işğaldan azad olunmuş Cəbrayıl rayonundakı mövcud vəziyyətlə tanış olduqdan sonra Şuşa şəhərinə səfərə gediblər.

Djb.az xəbər verir ki, “Report”un Şuşaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, xarici KİV nümayəndələri əvvəlcə şəhərdəki mövcud vəziyyətlə tanış olacaqlar.

Səfər çərçivəsində Türk Şurasına üzv və müşahidəçi dövlətin media orqanlarının əməkdaşlarının Şuşa şəhərindəki Yuxarı və Aşağı Gövhər Ağa Məscidini, Cıdır düzünü və digər yerləri ziyarət edəcəklər.

Qeyd edək ki, Türk Şurasına üzv və müşahidəçi dövlətlərin media orqanlarının əməkdaşları “Azərbaycana Media Tur” çərçivəsində həyata keçirilir.

Səfərdə Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Macarıstandan olan jurnalistlər iştirak edirlər.

Oxunub: 443
Oxşar xəbərlər
SON XƏBƏRLƏR