dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycan erməni diversantları yalnız bu halda azad edə bilər - AÇIQLAMA

Azərbaycan erməni diversantları yalnız bu halda azad edə bilər - AÇIQLAMA

“Azərbaycan erməni diversantları humanitar missiya olaraq o halda azad edə bilər ki, silahlı erməni birləşmələri Qarabağdan çıxarılsın”.

Djb.az xəbər verir ki, bu fikirləri KONKRET.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O bildirib ki, silahlı erməni birləşmələri öhdəliklərə əsasən Qarabağda olmamalıdır: “Maraqlı təzad ondan ibarətdir ki, Ararat Mirzoyan Moskvada Azərbaycanı 10 noyabr Birgə Bəyannaməsinə əməl etməməkdə günahlandırıb. Azərbaycan Ermənistana Qafan-Gorus yolundan və Laçın dəhlizindən istifadəyə icazə verir. Amma, Ermənistan tərəfi üç rayonun boşaldılmasından başqa , heç bir bəndə riayət etmir. Üç rayonu ona görə boşaltdı ki, müqavimət göstərə bilməyəcəkdi. Məcburiyyətdən bunu etdi. Digər bəndlər danışıqlar predmeti olduğu üçün heç bir bəndi yerinə yetirmir. Ona görə də proses uzanır”.

Oxunub: 386
Oxşar xəbərlər
SON XƏBƏRLƏR