dini radikalizm və ekstremizmlə mübarizə

Şəhidin mövludu keçirildi


Djb.az xəbər verir ki, 31.08.2021-ci il.Yardımlı rayonu.Ünəç Şəhidi Salehin,həmdə Zevin Şəhidi Rasimin mövlud -doğum günlərini keçirdik.Hər iki tədbirimiz çox möhtəşəm keçdi.Onu qeyd etmək istəyirəm ki,Ünəç şəhidi Salehin bizlərə əmanət olan iki fidan balası Talehlə,Günay bacı qardaşları da ali məclisdə iştirak edirdilər.Şəhidlərin valideynlərinə,yaxınlarına,bütün xalqa başsağlığı vermək üçün çıxışlar oldu.Tədbirlərdə iştirak edib,nitq söyləyən Yardımlı rayon İcra hakimiyyətinin müavini Mahir müəllim,Gənclər və İdman idarəsinin rəisi Anar müəllim,Dini qurumlar üzrə şöbə rəisi Elvin müəllim,Şəhidlər,Qazilər,döyüş iştirakçıları şöbəsinin rəis müavini Rafail müəllim,Şəhid ataları birliyinin sədri Məşhədi Yaşar,Hərbi komissarın müavini Osmanov,Şəhid atalarından Kərbalayi Azad,Əlikömək,Ədalət müəllim,Nazim,Əflatun,rayonun tanınmış ziyalılarından və şairlərindən Eynulla müəllim,İqbal Nəhmət,Zahir müəllim,Əli müəllim,Azər müəllim,Mərdan müəllim,Seymur müəllim,iş adamı Hacı Namik,Məclisdə iştirak edən Hərbiçilərimiz çıxış edərək şəhidin qəhrəmanlığından danışaraq,Şəhid Salehin atası İrzaxan kişiyə və Şəhid Rasimin atası Yadigar kişiyə başsağlığı verdilər.Məclisdə iştirak edən hər bir şəxsə təşkilat komitəsi adından səmimi təşəkkürümü bildirirəm.Allah şəhidlərimizi rəhmət eləsin.


Əsədulla Sadıqov
Yazar-Publisist





Oxunub: 704
Oxşar xəbərlər
SON XƏBƏRLƏR