dini radikalizm və ekstremizmlə mübarizə

AÇIQLAMA VERİLDİ - Bu yerlərə daxil olmaq üçün vaksin və ya test lazım ola bilər


Ölkədə yaranan epidemioloji vəziyyətlə əlaqədar olaraq, İdarələrarası Koordinasiya Şurası yeni məhdudiyyətlər tətbiq etmək qərarına gəlib.

Djb.az xəbər verir ki, bu barədə Qiorqi Ğibradze bu gün keçirilən brifinqdə məlumat verib.

“Bələdiyyə nəqliyyatının hərəkəti məhdudlaşdırılır. Məhdudiyyət şəhərlərarası nəqliyyata aid deyil; Festivallar, əyləncə tədbirləri, konsertlər və idman yarışları tamamilə məhdudlaşdırılır; Uşaq əyləncə mərkəzlərinin işi məhdudlaşdırılır. Dövlət əsas aşılama müəssisələrinə əhalinin müntəzəm olaraq nəqliyyatla daşınmasını təmin edir.

Milli Xəstəliklərə Nəzarət Mərkəzinin rəhbəri, bugünkü iclasda Koordinasiya Şurasının üzvlərinə sentyabr ayından etibarən yemək obyektlərinə, spa salonlarına, fitness mərkəzlərinə gözəllik salonlarına və buna bənzər obyektlərə bir dəfə aşılanmış və ya tam kursla aşılanmış insanlara, son 72 saatda keçirilmiş PISAR və ya son 24 saat ərzində keçirilmiş antigen testinin mənfi cavabı əsasında icazə verilməsi tövsiyəsi ilə müraciət edib. Şura məsələni müzakirə edəcək və qəbul edilən qərarlar barədə ictimaiyyəti məlumatlandıracaq.

Qida obyektlərinin işləməsinə 00:00 deyil, 23: 00 -a qədər icazə veriləcək. Dövlət qurumlarına işçilərini mümkün qədər distant rejimə keçirmələri tapşırılır və özəl sektora da bənzər tövsiyyə verilir", - deyib Qiorqi Ğibradze.

Oxunub: 528
Oxşar xəbərlər
SON XƏBƏRLƏR