dini radikalizm və ekstremizmlə mübarizə

Heydər Əliyev Mərkəzi Türkiyə bayrağına bürünəcək

Heydər Əliyev Mərkəzi Türkiyə bayrağına bürünəcək

Meşə yanğınlarına qarşı mübarizədə Azərbaycanın dəstəyini nümayiş etdirmək məqsədilə avqustun 11-də Heydər Əliyev Mərkəzinin binası üzərinə Türkiyənin bayrağı videoproyeksiya olunacaq.



Djb.az xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfirliyindən Modern.az-a verilən məlumata görə, Türkiyə-Azərbaycan qardaşlığını, birlik və bərabərliyini nümayiş etdirmək məqsədilə təşkil olunan tədbirdə Azərbaycanda fəaliyyət göstərən türk QHT-ləri də iştirak edəcək.



Həmçinin səfirlik və bağlı quruluşların təmsilçiləri ailə üzvləriylə birlikdə bu dəstək və həmrəylik tədbirində iştirak etmək üçün sabah saat 19.30-da Heydər Əliyev Mərkəzinin qarşısında olacaqlar.

Oxunub: 474
Oxşar xəbərlər
SON XƏBƏRLƏR