dini radikalizm və ekstremizmlə mübarizə

ŞOK: "Sərhəddə baş verən insidentlər məqsədyönlüdür və Moskva ilə razılaşdırılan oyundur"

ŞOK: "Sərhəddə baş verən insidentlər məqsədyönlüdür və Moskva ilə razılaşdırılan oyundur"

Senarisi Kremlin divarları arasında yazılan və İrəvanda uğurla oynanılan “seçki tamaşası” 3 aylıq nümayişdən sonra bu gün final edir. Və Ermənistan parlamenti bu gün yeni tərkibdə ilk iclasına toplaşır. Çox təəssüf ki, bizim bəzi siyasətbazlar bir çox hallarda bu seçki oyununa bilməyərəkdən demokratiya donu geyindirir. Guya Ermənistan demokratiyanın beşiyidir və burada tam şəffaf seçkilər keçirilir. Bu yerdə xatırladım ki, Ermənistanın Rusiyanın hansısa anklavı olması az-çox siyasətdən başı çıxan hər kəsə bəllidir. Rusiyada isə avtoritar rejim hökm sürür. Avtoritar rejimin hansısa kalonasında demokratiya işartısını görmək istəyi belə axmaqlıq və siyasi səbatsızlıqdır.

Bəs əslində nə baş verir?

Ermənistandakı seçki oyununun senarisi Kremldə yazılsa da, Ağ Ev və Yenisey sarayının da burda müəyyən traktovkaları var. Bu məsələdə Rusiyanın konkret hədəfləri olsa da, ABŞ və Fransanın xırda maraqları mövcuddur. Ona görə də Qərbin xırda maraqları üzərində yazılan senari hesabına [A1] Kreml bir güllə ilə iki quş vurdu. Birincisi, İkinci Qarabağ müharibəsində ağır məğlubiyyətə uğrayan və ölkəsini geri dönüşü çətin olan iqtisadi böhrana salan Nikol Paşinyana “ümumxalq dəstəyi”ni göstərdi. Bununla da Paşinyanın əleyhdarlarını, xüsusilə də Njde ideologiyasının daşıyıcılarını aktiv siyasi meydandan qovub çıxartdı.

İkincisi, Qərbin adamı sayılan,əslində isə Putinin ov tulası olan Nikol Paşinyanı Moskva seçkilərdə qalib etməklə Ermənistanı ABŞ və Avropanın açıq təzyiqlərindən qorudu. Çünki, seçkilərdə iştirak edən siyasi qüvvələrin rənginə baxsaq görərik ki, təkcə Paşinyanın fraksiyası narıncı rəngdə idi. Digər partiyaların rəngi isə Moskvadan əsən küləklərə uyğun dəyişir. Yəni buqələmundur. Amma Rusiyanın siyasi hakimiyyəti üçün indiki vaxtda büqələmunlarla “demokratik seçki” oynamaq o qədər də maraqlı deyil. Amma Paşinyanla oyun qurmaq bütün mənada Moskvanın böyük maraqlarına uyğundur. Və bu oyun senarisi xoşa gəlməsə də, qərb onunla razılaşmaq məcburiyyətindədir. Çünki istər ABŞ, istərsə də Avropa Ermənistanda heç bir siyasi təsir imkanına malik deyil. Amma Paşinyanın hakimiyyətdə qalması Qərbi biabırçılıqdan az-çox sığortalayır. Guya ki hakimiyyətdə Qərbin adamı oturur. Amma bu, sadəcə illüziyadır. Ancaq sadəlöhv adamlar buna inana bilər. Hələ onu demirəm ki, Ermənistanda 7-dən, 77-dək hamı Rusiyaya nicat yeri kimi baxır. Beləcə 3 ay müddətində tamaşanın birinci hissəsi uğurla sərgiləndi.

Bu gün “seçki tamaşası”nın ikinci hissəsi başlayır.

Senarinin ikincisi hissəsi ondan ibarətdir ki, Paşinyanın növbəti “qələbəsi”ndən sonra Rusiya Ermənistanda daha da möhkəmlənir. Və Rusiyanı (Ermənistanı yox haaaa) iqtisadi blokadan çıxarmaq üçün 10 noyabr bəyanatı və 11 yanvar anlaşması “tıkır-tıkır” işləməyə başlayır. Rusiya Azərbaycan üzərindən İrana və ən əsası, çətin günün dostu olan Türkiyəyə əlverişli çıxış əldə edir. Bununla da Rusiya üzdə sülh təminatçısı kimi görünsə də, mahiyyətcə Qərbin sanksiyalarından qurtulmaq üçün Azərbaycan üzərindən Orta Avrasiyaya sığınmaq istəyir. Ona görə də, erməni parlamentinin ilk iclaslarında ölkədəki ictimai-siyasi vəziyyətin müzakirəsi gözlənilir. Bu müzakirələrin yekununda isə qəbul ediləcək qərarlar bundan ibarət olacaq:

Birincisi, iqtisadi və hərbi çöküş yaşayan Ermənistanı Azərbaycanın ikinci “Dəmir yumruq” əməliyyatından xilas etmək üçün tez-tez baş verən hərbi insidentlərə son qoymaq və davamlı sülhə çalışmaq. İkincisi, Azərbaycanla qısa zamanda sülh sazişini imzalamaq. Əslində Kremlin senarisi, yəni Paşinyanın hakimiyyətdə möhkəmlənməsi bütün tərəflərə-həm Qərbə, həm Rusiyaya və hətta Azəraycana da sərf edir. Rəsmi Bakının İrəvanın son sayıqlamalarına və “ərköyünlüklərinə” səbrlə yanaşması da fikrimizi sübut edir. Və bütün bunlardan sonra əminliklə demək olar ki, sərhədyanı bölgədə baş verən insidentlər məqsədyönlü və Moskva ilə razılaşdırılmış bir oyundur. Necə deyərlər: “ayının min oyunu var, bir armudun başında”. Və bu oyunlar yaxın günlərdə sona çatacaq. Nəticədə isə ən çox qazanan tərəf Azərbaycan olacaq. Konkret.az

Oxunub: 335
Oxşar xəbərlər
SON XƏBƏRLƏR