dini radikalizm və ekstremizmlə mübarizə

Onlayn təhsil sistemi tətbiq edilən vaxtdan bu günə qədər olan və tələbənin üstündə borc kimi qalan təhsil haqları ləğv edilməlidir!


Onlayn təhsil sistemi tətbiq edilən vaxtdan bu günə qədər olan və tələbənin üstündə borc kimi qalan təhsil haqları ləğv edilməlidir!

Bildiyiniz kimi, 2020-ci ilin mart ayının 3-dən bu günə qədər pandemiya səbəbindən əyani dərslər onlayn sistemə keçirildi. Yəni ki, ödənişli oxuyan tələbələr oxuduqları Ali məktəblərə gedərək orada ənənəvi dərs keçmədilər.

Belə olduğu təqdirdə, onlayn müddətdə gələn yeni təhsil haqları silinməlidir ki, tələbənin üzərində əlavə olaraq 2550 manat borc qalmasın. Çünki, çox adamın evində internet şəbəkəsi, kompüter, planşet və telefon olmadığı üçün tələbələr düz-əməlli dərs də keçə bilmirdilər: çoxunda internet donurdu, internet kəsilirdi və s.

Təklif edərdim ki, tələbələr yalnız ənənəvi dərs keçdikləri müddətdə olan təhsil borclarını ödəsinlər. Çünki, onlayn qaydada, demək olar ki, heç dərs keçirilmədi. Buna görə də, dərs keçməyə-keçməyə boş-boşuna təhsil haqqı ödəmək düzgün deyil. Çox tələbənin buna imkanı çatmır. Hələ kirayədə yaşayan, işsiz və heç bir yerdən gəliri olmayan tələbələr üçün bu hal lap çətindir......

Ona görə də, tələbələrdən yalnız ənənəvi tədris dövründə olan borcları tələb edilsin, daha onlayn dövrdəki yeni borclar yox. Məntiqlə də düşünsək, görərik ki, bu, heç də düzgün deyil.

Dövlətimiz bu cür bir təqdirəlayiq addım ataraq tələbələrimizin pandemiya dövründəki əlavə təhsil borclarını ləğv etsə, heç şəkk-şübhəsiz ki, gənclərin sıxıntısını tamamilə aradan qaldırmış olar, inşallah!

Ərtoğrul Mehdizadə

Oxunub: 581
Oxşar xəbərlər
SON XƏBƏRLƏR