dini radikalizm və ekstremizmlə mübarizə

Çavuşoğlu: Can Azərbaycanın dəstəyi bizə güc verir

Çavuşoğlu: Can Azərbaycanın dəstəyi bizə güc verir

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Tvitter səhifəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun paylaşımına reaksiya verib.

Djb.az axar.az-a istinadən xəbər verir ki, M.Çavuşoğlu qardaş ölkədə baş verən yanğında Azərbaycanın verdiyi dəstəyi qiymətləndirib.

“Can Azərbaycanın dəstəyi və qardaşlığı bizə güc verir”, - deyə türkiyəli nazir bildirib.

Qeyd edək ki, Azərbaycan XİN rəhbəri C.Bayramov sosial şəbəkə hesabında Türkiyədə baş verən yanğınla bağlı paylaşım etmişdi.

“Qardaş Türkiyədə meşə yanğınlarının davam etməsi, Antalyada 3 nəfərin həyatını itirməsi bizi çox sarsıtdı. Yanğın nəticəsində dünyasını dəyişənlərə Allahdan rəhmət diləyirik. Bu çətin günlərdə qardaş Türkiyənin yanındayıq, hər cür dəstək göstərməyə hazırıq”, - deyə paylaşımda deyilir.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR