dini radikalizm və ekstremizmlə mübarizə

MRT inşaatdan örnək addım.


Azərbaycan xalqının qəhrəmanlıq dastanı XXI əsrdə də davam edir. Ata-babalarımızdan əmanət olaraq aldığımız, üzərində xoşbəxt və firavan yaşadığımız, yer üzünün cənnəti olan bu gözəl yurdumuzu, onun üzərində atalarımızın qurduqları sivilizasiya və mədəniyyət xəzinələrini, dilimizi, mənəviyyatımızı qoruya bilmək, yaşatmaq və gələcək nəsillərə ötürmək üçün onu müdafiə etməyə hər an hazır olmalıyıq. Əsgərlərimiz, gizirlərimiz, zabitlərimiz və generallarımız vətən uğrunda, birliyimiz və bərabərliyimiz uğrunda, Azərbaycan dövlətinin əbədi yaşaması uğrunda, gələcək nəsillər uğrunda gözlərini belə qırpmadan şəhidlik mərtəbəsinə yüksəlirlər.Bununla yanaşı ordumuza dəstək nümayiş etdirən Azərbaycanımızın igid oğulları da arxa cəbhənin bir qəhrəmanı oldular.Onların hər an dövlətin,ordumuzun yanında olması və dəstəyini göstərməsi bir daha onu sübut etdi ki,vətənpərvər oğullarımız hər an vətən üçün canından-qanından keçməyə hazırdır.
Arxa cəbhədən Şanlı ordumuza dəstək göstərən Mingəçevirli oğullardan biri də MRT –inşaat tikinti materialları mağazasının rəhbəridir.O öz komandası ilə nəinki orduya hətta öz yardımsevərliyi ilə yardıma möhtac insanların da yanında olur. MRT inşaatın tikinti materialları mağazasının əməkdaşı Ramin Əhmədovla bu günlərdə həmsöhbət olduq. Söhbətdən aydın oldu ki, müharibə dönəmində xalq ilə dövlətin ayrılmaz birliyi, vətəndaşların bir-biriləri arasında doğmalığı bu qələbənin əsas müjdəsi idi. Bu baxımdan MRT İnşaatda öz dəstəyini əsirgəmədi. MRT inşaat tərəfindən Koronavirusla Mübarizəyə Dəstək Fonduna 10000 manat (10 min) vəsait ayrılıb.Ramin müəllim onu da bildirib ki,rəhbərliyimiz tərəfindən Pandemiya vaxtı 130 aztəminatlı ailəyə qida paketi ve qurbanlıq ət, cəbhə bölgəsinə 2 kamaz taxta və taxta materialları, - MRT İnşaat tərəfindən Silahlı Qüvvələrə yardım fonduna 10000 manat (10 min) vəsait , cəbhə bölgəsinə 1 maşın pal paltar yardım ,əsgərlər üçün 1 maşın ərzaq,yatacaq,alt geyim paltarları yardım olunub.Bundan əlavə - MRT İnşaat tərəfindən müharibədə iştirak edən 5 əməkdaşın (5 qazi ailəsinin) ailəsinə yardım paketi aparıldı və əmək haqqıları ailələrinə təhvil verildi. MRT İnşaat tərəfindən Zəfər Paradı münasibətilə ordudan təxris olunmuş 10 qazi qonaq cağrılmış və hər birinə qida və qurbanlıq ət yardımı olunmuşdur.Mütamadi olaraq qazilər ziyarət olunur,şəhid ailələrinə yardımlar və ailələr də eyni zamanda ziyarət olunur. MRT İnşaat tərəfindən müqəddəs Ramazan bayramı münasibətilə 60 dan çox 2-ci Qarabağ müharibəsi qazilərinə Ramazan sovqatı və Qurban əti paylanılıb. MRT inşaat ailəsi bu sadalanan yardımları ötən ildən bu günə qədər hər ay davam edib ,bu gündən sonra da komandamız öz yardım sevərliyi ilə həmişə dövlətin yanında olacaq,əlindən gələn köməyi əsirgəməyəcək. Yeri gəlmişkən qeyd edim ki, “MRT İnşaat” komandası 44 gün davam edən Vətən müharibəsində vətənpərvərlik nümunəsinə görə “MRT inşaat” Müdafiə Nazirliyi İdeoloji İş və Mənəvi Psixoloji Təminat İdarəsinin rəisi – Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini, general-mayor Rasim Əliyev tərəfindən Fəxri Fərmanla təltif olunub”.
Qeyd edək ki, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun əzəli Azərbaycan torpaqlarını erməni işğalından azad etmək üçün apardığı uğurlu əks-hücum əməliyyatı hər birimizə sevinc və qürur hissi yaşatdı. Ali Baş Komandanın "Biz birlikdə güclüyük" sözlərini rəhbər tutan Azərbaycan xalqı bundan sonra da hər cəbhədə güclü olmalı və ölkəmizi sevməyən qüvvələrə qarşı bir olmalıdır.

Esmira Hidayətova


Oxunub: 572
Oxşar xəbərlər
SON XƏBƏRLƏR