dini radikalizm və ekstremizmlə mübarizə

Daha bir şəhidimizin onsuz olan mövludu qeyd olundu


Djb.az xəbər verir ki, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov və digər rəsmi şəxslər Yeni Günəşli yaşayış sahəsinin sakini, Vətən Müharibəsi şəhidi, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş əsgər Kazımlı Mürsəl Kamil oğlunun doğum günündə məzarını ziyarət etmiş, ruhuna dualar oxunmuş və onun əziz xatirəsi ehtiramla yad etmişlər.
Ailədə görüş zamanı şəhidlərimizə olan hörmət və ehtiramını bildirən Vüqar Seyidov bildirmişdir ki, bütün şəhidlərimizin əziz xatirəsi hər zaman Azərbaycan xalqının qəlbində yaşayacaqdır. Dövlət başçımızın şəhid ailələrinin sosial qayğılarına göstərdiyi böyük diqqət bizlər üçün də nümunə təşkil edir. Tək təsəllimiz şəhidlərin qanlarının yerdə qalmaması və torpaqlarımızın işğaldan azad olunmasıdır.
YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov şəhidimizin əziz xatirəsini bir daha yad edərək təşkilat adından "Anım löhvhəsi"ni şəhidin ailəsinə təqdim etmişdir.
Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri öz dərin minnətdarlıqlarını bildirmişlər.




Oxşar xəbərlər
SON XƏBƏRLƏR