dini radikalizm və ekstremizmlə mübarizə

“Ona qismət olmadı, amma oğlu çinar ağacı əkdi” - Polad Həşimovun xanımı

“Ona qismət olmadı, amma oğlu çinar ağacı əkdi” - Polad Həşimovun xanımı

Bu gün Xətai rayonunda istifadəyə verilən Milli Qəhrəman, general-mayor Polad Həşimov parkında şəhid ailələri çinar ağacları əkiblər.

Djb.az qafqazinfo.az-a istinadən xəbər verir ki, parkda xatirəsi əbədiləşdirilən 9 şəhidin xatirəsi üçün ailə üzvləri çinar ağacı əkib. Polad Həşimovun anası Səmayə Həşimova şəhid oğlunun xatirəsinin əbədiləşdirildiyi üçün hər kəsə təşəkkür edib:

"Qoy, əkilən ağacların kölgəsində minlərlə böyüyən körpə balalar da oğlum kimi vətənpərvər olsunlar. Bu gün Polad Həşimovun oğlu da burada ağac əkib, yəqin ürəyində deyir ki, ata, ruhun şad olsun".

Şəhid generalın həyat yoldaşı Ofeliya Salmanova “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Polad Həşimov özü də sağlığında həmişə abadlıq işləri görüb:

“Həmişə yaşıllıq salıb, ağac əkib. Ən çox sevdiyi ağac da çinar ağacı idi. Polad həmişə deyirdi ki, Qəbələdə evinin həyətində oğlu ilə bərabər çinar ağacı əkəcək. Düzdür, ona qismət olmadı, amma bu gün oğlu Davud burada çinar ağacı əkdi. Bu çinarın kölgəsində dincələn hər insan Poladın ruhunu sevindirəcək. Çünki Polad özü də bütün həyatı boyu insanlara xidmət edib, insanların rahatlığı üçün yaşadı, həyatını onlara sərf etdi. Mən düşünürəm ki, insanlar bu küçədən, bu parkdan, ümumiyyətlə, Azərbaycanda Polad Həşimov adına salınmış küçə və parklardan istifadə etdikcə, Poladın ruhu şad olacaq. Mən inanıram ki, onun ruhu indi də bizimlədir. Allah bütün şəhidlərimizə rəhmət eləsin, hamısı bizim üçün dəyərlidir”.




Oxşar xəbərlər
SON XƏBƏRLƏR